Dilçilik İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzələrlə çıxış ediblər



Bakı, 12 fevral, AZƏRTAC
Komrat Dövlət Universitetinin təşkilatçılığı ilə təhsil müəssisəsinin 34-cü ildönümünə həsr olunmuş “Elm, təhsil və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, Türk dilləri şöbəsinin alimləri - professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Qətibə Mahmudova, dosentlər Elnarə Əliyeva, Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktorları İmanyar Quliyev, Dilbər Camali və Arzu İsgəndərzadə beynəlxalq konfransda məruzələrlə çıxış ediblər.
Konfransın panel müzakirələrində Azərbaycanın və xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.