DİN: Son iki gündə 4 avtomat və 11 tüfəng təhvil götürülüb
Bakı, 9 dekabr, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 tüfəng, 14 patron darağı və 1151 müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [17:58]
Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir
- 03.11.2026 [17:06]