“DİN VƏ DEMOKRATİYA: NƏZƏRİYYƏ VƏ TARİXİ TƏCRÜBƏ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, professor Rafiq Əliyev, Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət şöbəsi müdirinin müavini Tariyel Həsənov, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Cihan Əmin Məhəmməd Əli, Türkiyənin Südçü İmam Universiteti ilahiyyat fakültəsinin dekanı Kamal Atıq, İran İslam Respublikası Qum elmi mədrəsəsinin ustadı Mehdi Hadəvi, türkiyəli professor Cəlal Erbay, Qırğızıstan müftisinin birinci müavini Hacı Neymətullah çıxışlarında qeyd etmişlər ki, Birləşmiş Mİllətlər Təşkilatı 21 iyunu Beynəlxalq sülh və ibadət günü elan etmişdir. Üç il öncə elə bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.
Konfransda dini dəyərlər, demokratik təsisatlar, din və dövlət münasibətləri, Azərbaycanda dini icmalar, mərkəzlər üçün yaradılan normal şərait, din və terrorizm, islam və demokratiya mövzuları müzakirə obyektinə çevrilmişdir. Eyni zamanda dinin düzgün təbliğatı, dini maariflənmənin təşkili, din və dövlət haqqında müzakirə, fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallara cavablar verilmişdir.
Konfransın sonunda R. Behbudov adına Dövlət Mahnı Teatrının solistləri konsert proqramı ilə çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]