“Dinamo”nun baş məşqçisi: "Neftçi" həqiqətən yaxşı komandadır
Bakı, 21 iyul, AZƏRTAC
Güclü rəqibə qarşı oynayacağımızı başa düşürük. "Neftçi" həqiqətən yaxşı komandadır. Bu oyunun əhəmiyyətini dərk edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belarusun “Dinamo” (Minsk) komandasının baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis matça ciddi yanaşdıqlarını və yaxşı hazırlaşdıqlarını bildirib: “Qalib iki oyunla müəyyənləşəcək. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Bu cür matçları çox oynamırıq. "Neftçi"nin səviyyəsi yüksəkdir. Yaxşı klublarda çalışmış güclü baş məşqçisi var”.
O, şansların bərabər olduğunu vurğulayıb: "Oyundan əvvəl şanslar həmişə eyni olur. Bu dəfə də belə olacaq. Əlbəttə ki, bizim öz məqsədimiz var və bunun üçün çalışacağıq”.
Xatırladaq ki, iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]