Doha 2030-cu ildə Asiya Oyunlarına ev sahibliyi edəcək
Qahirə, 17 dekabr, AZƏRTAC
Qətərin paytaxtı Doha 2030-cu il Asiya Oyunlarına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 16-da Asiya Olimpiya Şurası bununla bağlı qərarını açıqlayıb. Oyunların keçirilməsinə digər namizəd - Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad isə 2034-cü ildə Asiya Oyunlarını qəbul edəcək.
Asiya Olimpiya Şurasının İcraiyyə Komitəsi Dohanın namizədliyini yekdilliklə dəstəkləyib. Şuranın prezidenti Şeyx Əhməd Əl-Fəhad Əl-Sabah bəyan edib ki, Qətər Dövlətinin paytaxtı Oyunların keçirilməsi üçün bütün tələblərə cavab verir.
İcraiyyə Komitəsinin iclasında səsvermə COVID-19 pandemiyası səbəbindən onlayn sistemi ilə keçirilib. Qeyd edək ki, Doha bundan əvvəl - 2006-cı ildə də Asiya Oyunlarına ev sahibliyi edib. Qətər paytaxtında idman infrastrukturunun 90 faizinin mötəbər idman yarışları üçün hazır olduğu bildirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]