Donald Tramp F-35 qırıcı təyyarələrinin Səudiyyə Ərəbistanına tədarükünə münasibət bildirib
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp vəliəhd şahzadə Məhəmməd bin Salmanın çərşənbə axşamı Ağ Evə səfərindən bir neçə saat əvvəl Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələrinin satışını təsdiqləməyi düşündüyünü bildirib. AZƏRTAC bu barədə CNN telekanalına istinadla xəbər verir.
Donald Tramp jurnalistlərə bildirib: “Görüşdə bu məsələyə müsbət cavab verəcəyəm. Biz F-35-ləri Səudiyyə Ərəbistanına satacağıq”.
ABŞ Prezidenti əlavə edib ki, Ər-Riyad “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan qabaqcıl təyyarələri almağa güclü maraq göstərib. O vurğulayıb: “Onlar çoxlu təyyarə almaq istəyirlər və mənim bu məsələ ilə bağlı cavabımı gözləyirlər. Səudiyyə Ərəbistanı əvvəlcə 35 ədəd F-35 satın almaq niyyətini bildirib, amma, əslində, bundan daha çox qırıcı təyyarə almaq istəyir”.
“Bloomberg” agentliyi ABŞ administrasiyası rəsmisinə istinadla bildirib ki, Tramp və vəliəhd şahzadənin görüşü zamanı Səudiyyə Ərəbistanına F-35-ləri almağa imkan verən razılığın əldə olunması gözlənilir, həmçinin gündəmdə mayeləşdirilmiş təbii qaz müqaviləsi də daxil olmaqla digər iqtisadi və müdafiə razılaşmaları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]