Donald Tramp Havananı ABŞ ilə razılığa gəlməyə çağırıb
Bakı, 17 fevral, AZƏRTAC
Vaşinqtonun Kubaya qarşı neft blokadası fonunda ABŞ-nin Dövlət katibi Marko Rubio Havana ilə əlaqə saxlayır.
AZƏRTAC xəbər verir ki, Prezident Donald Tramp bu barədə təyyarəsində jurnalistlərlə söhbət zamanı deyib.
“Hazırda Kuba ilə danışıqlar aparırıq və Havana mütləq razılaşmaya getməlidir, çünki əks halda, real humanitar təhlükə yaranacaq”, - deyə o bildirib. Birləşmiş Ştatların dövlət başçısı Kubada hətta təyyarə yanacağının belə tükəndiyini deyib.
ABŞ Prezidenti, həmçinin Kubada Venesueladakı əməliyyata bənzər tədbirlərə ehtiyac görmədiyini söyləyib.
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatdan sonra Donald Tramp dəfələrlə Kubanın növbəti hədəflərindən biri ola biləcəyini vurğulayıb. Daha sonra o, Kubanın yaratdığı “təhdid” səbəbindən Havanaya neft tədarük edən ölkələrin məhsullarına rüsum tətbiq etmək səlahiyyəti verən sərəncam imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]