Donor ölkələrin nümayəndələrinin Çada səfərində AIDA-nın rəhbəri də iştirak edir
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) tərəfindən donor ölkələrin nümayəndələri üçün Çada təşkil olunan səfərdə iştirak edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Çadda davam edən humanitar vəziyyətlə tanışlıq və bu ölkəyə göstərilən yardımların əlaqələndirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır.
Dünyanın aparıcı ənənəvi və yeni donor ölkələri, eləcə də beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri səfər çərçivəsində Çadın dövlət və hökumət rəsmiləri, həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların təmsilçiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]