Doqquz kiloqramdan çox narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Bakı, 21 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Orxan Xəlilov tutulub. Onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
O.Xəlilov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]