Dortmund “Borussiya”sı Türkiyə millisinin daha bir üzvünü heyətinə qatır
Bakı, 18 oktyabr, AZƏRTAC
Müdafiə xəttində problemlər yaşayan Dortmund “Borussiya”sı daha bir türkiyəli futbolçunu heyətinə qatır.
AZƏRTAC Sportbild saytına istinadla xəbər verir ki, Türkiyə millisi və eləcə də “Bayer”in mərkəz müdafiəçisi olan Ömər Toprak dortmundlularla anlaşıb.
Bu transferlə bağlı klublar arasında artıq razılıq əldə edilib. Razılaşmaya əsasən, “Borussiya” leverkuzen təmsilçisinə 12 milyon avro ödəyəcək. Qış transfer müddətində yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək 27 yaşlı futbolçunun bu vaxt ərzində məvacibi ümumilikdə 25 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Türkiyə millisinin daha iki futbolçusu - Nuri Şahin və Əmrə Mor da hazırda “Borussiya”nın formasını geyinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]