Azərbaycan Dövlət İnformasiya Agentliyi

DOST mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər sosial təminat sahəsində yenilikdir

DOST mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər sosial təminat sahəsində yenilikdir

Bakı, 21 may, Səadət Hakıyeva, AZƏRTAC

DOST mərkəzlərinin açılışı dövlətin sosial sahədə apardığı islahatların əyani təzahürü və davamıdır. Burada vətəndaşlara göstərilən xidmətlər sosial təminat sahəsində bir yenilikdir və bir neçə ölkə Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyət göstərəcəyini nəcib təşəbbüs adlandıran politoloq deyib: “Əlil övladı olan bir valideyn kimi DOST mərkəzinin xidmətlərindən mütəmadi istifadə edirik. Bu, “ASAN xidmət” kimi nümunəvi dövlət qurumlarından biridir. Düşünürəm ki, bir çox qurumlar DOST mərkəzlərinin fəaliyyətindən örnək götürməlidirlər. Belə mərkəzlər xüsusilə, həssas qrupdan olan ailələr üçün böyük köməkdir və onların problemlərinin yüngülləşdirilməsində böyük rol oynayır. Burada vətəndaşlara xidmət çox yüksək səviyyədədir. Sənədləşmə və başqa xidmətlər qısa vaxtda həyata keçirilir. Əlillik qrupuna aid olanlar, pensiya alanlar, şəhid ailələri bu xidmətdən yüksək səviyyədə yararlanırlar. Xidmət personalı vətəndaşlarla çox səbirli, təmkinli davranır, problemləri qayğıkeşliklə dinləyirlər. Bir sözlə, mehriban və nəzakətlidirlər. Təbii ki, bütün bunlar dövlətin apardığı siyasətin nəticəsidir. Vətəndaşlar bu xidmətdən məmnun qalaraq dövlətin başçısına minnətdarlıqlarını ifadə edirlər”.

İ.Vəlizadə diqqətə çatdırıb ki, Azərbaycan sosialyönümlü dövlətdir və bunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də uğurla davam etdirilir. Sosial siyasət Azərbaycanın daxili siyasətini müəyyən edən bir kursdur. Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi yüksək səviyyədə həyata keçirilir. Onun sözlərinə görə, bu günə qədər ölkəmizdə 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il 1500 şəhid ailəsinə mənzillərin verilməsi nəzərdə tutulur ki, bu da növbədə duran şəhid ailələrinin sayının 2 mindən az olacağı deməkdir. Dövlətin apardığı siyasət nəticəsində maksimum iki il ərzində bütün şəhid ailələri evlərlə təmin ediləcək. Dövlət şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşınının verilməsini təmin edib və cari ildə bu qrupdan olan insanlara 400 maşının paylanması planlaşdırılır.

“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə ətraflı danışdı. Dövlətimizin başçısı öz nitqində bildirib ki, koronavirusla bağlı görülən işlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Əlbəttə ki, xalqımız dövlətimizin başçısına minnətdardır ki, bu faciədən az itkilərlə çıxa bildik. Qabaqlayıcı tədbirlər görülməsəydi, bu, mümkün olmazdı. Təsəvvür edin ki, əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrin bəzilərində bu günə qədər pandemiyadan 10 minə yaxın insan vəfat edib. Ölkəmizdə bu xəstəlikdən vəfat edənlərin sayı isə azdır”, - deyə politoloq vurğulayıb.

İ.Vəlizadə diqqətə çatdırıb ki, Azərbaycan hər zaman əməkdaşlığa, inkişafa açıq ölkələrdəndir. Dövlətimiz bunu qlobal pandemiya dövründə də sübut etdi. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri kimi bu iki təsisatın Zirvə toplantılarını ən yüksək səviyyədə təşkil etdi. Üzv dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edən Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, çətin şəraitdə panikaya düşmək yox, bir olmaq, irəliyə doğru baxmağı bacarmaq lazımdır. Bir sözlə, Zirvə görüşləri Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkə olduğunu nümayiş etdirdi.

Politoloq təcavüzkar və qonşu Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsindən, bütün beynəlxalq hüquq normalarına məhəl qoymamasından da danışıb. Bildirib ki, Azərbaycan Prezidenti yüksək tribunalardan çıxışlarında işğalçı Ermənistanın iç üzünü açıb göstərir, onun region, ümumilikdə bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu xüsusi vurğulayır. Təəssüflər olsun ki, Azərbaycanın inkişafını gözü götürməyən təcavüzkar Ermənistan işğal olunmuş torpaqlarımızda provakasiya əməllərini davam etdirir. Təbii ki, beynəlxalq hüququ normalarına uyğun olaraq işğalçı Ermənistan yerində oturdulmalı, dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH