Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət büdcəsi layihəsinin müzakirələri 6 komitənin birgə iclasında davam etdirilib

Bakı, 5 noyabr, Aidə Quluzadə, AZƏRTAC

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri noyabrın 5-də Milli Məclisin 6 komitəsi - elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, regional məsələlər, mədəniyyət, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında davam etdirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev artıq Azərbaycanda mükəmməl, oturuşmuş bir büdcə institutunun formalaşdığını deyib.

Bildirilib ki, hər zaman olduğu kimi, gələn il də davamlı iqtisadi inkişafın möhkəmləndirilməsi əsas hədəf kimi seçilib. Qarşıya qoyulan hədəflər, ölkənin iqtisadi siyasəti bilavasitə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq qurulub. Azərbaycanda tam iqtisadi və siyasi sabitlik təmin olunub və bunun nəticəsidir ki, ölkəmiz son illərdə belə yüksək inkişaf tempi ilə irəliləyir.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqətində olan və dövlətimizin başçısının prioritet hədəf kimi müəyyən etdiyi vəzifələrin uğurla və ardıcıl surətdə həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, respublikamızın hərtərəfli təhlükəsizliyinin təmini üçün maliyyə təminatı yaradır. İqtisadi və sosial islahatlar, qeyri-neft sektorunun inkişafı, eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə dəstək verilməsi ənənəvi olaraq gələn ilin büdcəsinin prioritetləri sırasındadır. Bunların təmin olunması üçün lazım olan maliyyə təminatı 2015-ci il dövlət büdcəsində nəzərə alınıb.

Nazir deyib ki, dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin ümumi çəkisi 27,6 faiz olmaqla bu illə müqayisədə 1,1 faiz artıb. Mütləq ifadədə isə sosial yönümlü xərclərin məbləği 5 milyard 826 milyon manat təşkil edəcək.

Qeyd edilib ki, elm xərclərinə növbəti ilin dövlət büdcəsindən 143 milyon manat vəsait ayrılacaq. Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən 117 milyon manat vəsait ayrılacaq.

Diqqətə çatdırılıb ki, təqaüdlər və sosial müavinətlərin ödənilməsi üçün 1 milyard 845 milyon manat vəsait ayrılıb. Bu, cari illə müqayisədə 1,4 faiz çoxdur. Növbəti ildə sosial ipoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bildirilib ki, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sosial müdafiə və sosial təminat sahələri üzrə proqram və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində 805 milyon manat vəsait nəzərdə tutulub. 2014-2018-ci illəri əhatə edən regionların, 2014-2016-cı illəri əhatə edən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində zəruri sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən iri həcmdə vəsait ayrılacaq. Dövlət əsaslı vəsait qoyuluşu investisiya proqramları xərclərinə 6 milyard 930 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Sonra büdcə layihəsi ilə bağlı müzakirələr aparılıb. Ombudsman Elmira Süleymanovanın, Milli Məclis sədrinin müavini Bahar Muradovanın da çıxış etdikləri müzakirələr zamanı bildirilib ki, 2015-ci ilin dövlət büdcəsində sosial və müdafiə sahəsinə ayrılan diqqətin davam etdirilməsi, qaçqın və məcburi köçkünlər, hərbi qulluqçular, müharibə əlilləri və şəhid ailələrinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, tibbi, sosial, reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulması prioritet hədəflərdir. İqtisadi və sosial islahatlara dəstək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyin təmin olunması, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin enerji potensialının gücləndirilməsi və digər sahələr də qarşıya qoyulmuş vəzifələrdir.

Müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb