Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq mükafata layiq görülüb

Bakı, 21 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Britaniyada yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə Xidmətin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlar, “Əmək və Məşğulluq” altsistemi və maarifləndirmə tədbirləri beynəlxalq ekspertlər tərəfindən yüksək qiymət alıb.
Beləliklə, DƏMX “Korporativ Sosial Məsuliyyət”, “İlin Əmək Müfəttişliyi Xidməti” və “Rəqəmsal İnnovasiya” nominasiyaları üzrə mükafatlara layiq görülüb və adı müsabiqənin qalibləri sırasına daxil edilib.
Qeyd edək ki, müsabiqədə DƏMX ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [20:54]
Şəmkirdə "Cəsur Vətən oğlu" kitabının təqdimatı keçirilib
- 15.05.2025 [19:46]
Azərbaycan BMT-nin Cenevrə Kitabxanasına nəşrlər hədiyyə edib
- 15.05.2025 [19:38]
Odessa şəhərində “Azərbaycan” parkı salınacaq FOTO
- 15.05.2025 [19:24]
Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
- 15.05.2025 [19:09]
Azərbaycan Türküstanda Yasəvi irsinə həsr edilmiş forumda təmsil olunur
- 15.05.2025 [18:46]