Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Fitosanitar Nəzarəti Xidməti əkin sahələrində bioloji mübarizə üsullarından istifadəyə üstünlük verir

Bakı, 10 avqust, AZƏRTAC

Cari ilin “Kənd təsərrüfatı ili” elan olunması və bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin üzərinə də bu istiqamətdə mühüm vəzifələr düşür.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev görülən işlərlə əlaqədar AZƏRTAC-ın suallarını cavablandırıb.

- Məlum olduğu kimi, hazırki dövrədək bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsində kimyəvi mübarizə üsulundan geniş istifadə edilir. Lakin müxtəlif çeşidli pestisidlərdən istifadə ekoloji tarazlığın pozulmasına, ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, kənd təsərrüfatı məhsullarında pestisidlərin qalıq miqdarının normadan artıq toplanmasına və qida məhsullarının keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən bu istiqamətdə nə kimi tədbirlər görülür?

- Dövlət Fitosanitar Nəzarəti Xidməti kimyəvi mübarizə üsulundan fərqli olaraq, əkin sahələrində bioloji mübarizə üsullarından istifadəyə üstünlük verir. Belə ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin olunması üçün Xidmətin Abşeron rayonlararası Bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa edilib və İmişli rayonu ərazisində “MKT İK” MMC-yə məxsus 100 hektar əkin sahəsində bioloji mübarizənin tətbiqinə başlanılıb.

Bu ilin ötən dövründə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışı və saxlanılması üçün nəzərdə tutulan sahənin (anbarın, satış mərkəzinin) fitosanitar vəziyyəti barədə Xidmətə daxil olmuş müraciətlərə aidiyyəti üzrə baxılıb və bu günədək 10 hüquqi və 34 fiziki şəxsə müvafiq fitosanitar rəylər təqdim edilib. 40 hüquqi və fiziki şəxsə, o cümlədən bitki mühafizə vasitələrinin idxalına, satışına və saxlanılmasına 5, bitki mühafizə vasitələrinin idxalına və saxlanılmasına 2, aqrokimyəvi maddələrin idxalına, satışına və saxlanılmasına 4, aqrokimyəvi maddələrin idxalına və saxlanılmasına 3, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışına və saxlanılmasına 26 xüsusi razılıq (lisenziya) verilib.

Ötən yeddi ayda Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus 75 obyektdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı İmişli rayonunda “MikroAzFeed” MMC-yə məxsus anbarda 3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı və keyfiyyət göstəriciləri mövcud standartlara uyğun gəlmədiyi üçün satışı dayandırılıb və tətbiq normasına müvafiq düzəlişlər edildikdən sonra istifadəsinə icazə verilib.

Həmçinin respublikanın müxtəlif regionlarında bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr satılan mağazalarda qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş 114 adda 788 kiloqram/litr preparat aşkar edilərək dövriyyədən çıxarılıb və satışı qadağan edilib.

“Maksimal Kapital” MMC tərəfindən ölkəyə gətirilən, Türkiyənin “Cansa Kimya” şirkətinin istehsalı olan 39 adda preparatın (17095 kiloqram) və fiziki şəxs Cəlal Telman oğlu Bağırov tərəfindən gətirilən, Çinin “Shehzhen Andamao İmport and Export Co Ltd” şirkətinin istehsalı olan 2 adda preparatın (9520 kiloqram) dövlət qeydiyyatından keçmədiyini və sözügedən şirkətlərin xüsusi razılığı (lisenziya) olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq, qeyd olunan preparatların geri qaytarılması üçün müvafiq tədbirlər görülüb.

- Ölkə əhalisinin gündəlik istehlakı üçün lazım olan bitki və bitkiçilik məhsullarının keyfiyyətinə nəzarət tədbirləri barədə nə deyə bilərsiniz?

- Bölgələrdə istehsal və tədarük olunan, ölkəyə idxal edilən məhsulların keyfiyyət göstəriciləri (xüsusilə, onların tərkibində nitrat və nitrit birləşmələrinin miqdarı) yoxlanılaraq nəzarətdə saxlanılır. Xidmətin Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzində 2015-ci ilin 6 ayı ərzində ölkəyə gətirilən 232 pestisid nümunəsində 928 keyfiyyət göstəricisi və 836 aqrokimyəvi maddə nümunəsində 3344 keyfiyyət göstəricisi, kənd təsərrüfatı məhsullarının 3022 nümunəsində pestisidlərin, 3219 nümunədə nitrat və nitrit qalıqlarının, 187 nümunədə mikotoksinin və 69 nümunədə isə ağır metalların miqdarı təyin edilib. Ötən dövrdə Respublika Karantin Ekspertiza Mərkəzində bitki və bitkiçilik məhsullarının 16641 nümunəsi əsasında 42459 ekspertiza aparılıb, 8345 ekspertiza protokolu tərtib olunub. Ekspertiza zamanı karantin və xüsusi təhlükəli orqanizmlər aşkar edildiyinə görə, Mərkəzin fumiqasiya dəstəsi tərəfindən cari ildə 67723,6 ton texniki yük, 1279,6 m3 taxta materialı, 1175795 m3 obyekt və boş anbar sahəsi zərərsizləşdirilib.

Həmçinin laboratoriyalar tərəfindən mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, bazarlarda, topdansatış bazalarında bitki və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinə nəzarət olunub, kənd təsərrüfatı məhsullarından nümunələr götürülərək analiz edilib. Nəticədə tərkibində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarı yol verilən normadan artıq olan, insan həyatına və sağlamlığına təhlükə törədən 950 kiloqram keyfiyyətsiz məhsul dövriyyədən çıxarılıb.

Eyni zamanda, fitosanitar sabitliyə nəzarəti gücləndirmək məqsədi ilə rayon və rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən 2015-ci ildə idxal olunan 1092454,7 ton, ixrac olunan 242249,6 ton bitkiçilik məhsullarına fitosanitar karantin baxışı keçirilib və karantin zərərli orqanizmlərlə sirayətlənmiş yüklərin ölkə ərazisinə daxil olmasının qarşısı alınıb.

- Bol və keyfiyyətli məhsul əldə etmək üçün zərərvericilərə qarşı mübarizə tədbirləri də mühüm əhəmiyyət daşıyır...

- Bəli, respublika üzrə 2015-ci ildə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 2817583 hektar sahədə müşahidə işləri həyata keçirilib, 1243086 hektar sahədə sirayətlənmə və yoluxma aşkarlanıb, 586349,2 hektar sahədə mübarizə işləri aparılıb. Mübarizə tədbirlərinin 495258,6 hektarı təsərrüfat subyektləri hesabına, 91090,6 hektarı dövlət büdcəsindən ayrılan vəsait hesabına görülüb.

Cari ildə respublika ərazisində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində məhsul itkisinin qarşısı alınıb, zərərvericilərin say miqdarı minimuma endirilərək fitosanitar sabitlik təmin edilib.

Onu da qeyd edim ki, bu il iyulun 12-dən Sumqayıt şəhərinin və Abşeron rayonunun Şüvəlan, Bilgəh, Pirşağı, Buzovna, Novxanı, Goradil, Nardaran, Mərdəkan, Fatmayi kəndlərinin dənizkənarı ərazilərində Şimali Qafqazdan Xəzər dənizi vasitəsilə miqrasiya olunan Asiya çəyirtkələri aşkar edilib. Zərərvericiyə qarşı operativ və səmərəli mübarizə tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı əsasında Dövlət Fitosanitar Nəzarəti Xidmətində qərargah yaradılıb. Qərargaha Xidmətin Respublika Bitki Mühafizəsi Mərkəzinin yaxın rayonlardan mütəxəssisləri, maşın və mexanizmləri cəlb edilib. Ərazi tam nəzarətə götürülərək iyulun 13-18-də 1090 hektar sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri aparılıb və Asiya çəyirtkələrinin respublika ərazisində yayılmasının qarşısı alınıb.

- Bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılmasının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) qoşulması, eləcə də fiziki və hüquqi şəxslərə elektron xidmətlərin göstərilməsi üçün hansı addımlar atılır?

- Azərbaycan Respublikasından ixrac olunan bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılmasının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) qoşulması üçün “Delta-Telekom” şirkəti tərəfindən Xidmətin Balakən, Şirvan, Füzuli, Gəncə, Xaçmaz, Biləsuvar, Yevlax rayonlararası bitkilərin karantini məntəqələrinə optik xətlər çəkilib. Hazırda sistemin fəaliyyətə başlaması məqsədi ilə avadanlıqların və proqram təminatının alınması üçün müvafiq tədbirlər görülür.

Elektron xidmətlərlə bağlı sualınıza gəldikdə isə, Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli qərarı ilə fitosanitar xidməti sahəsində fiziki və hüquqi şəxslərə elektron xidmətlərin göstərilməsi zərurəti nəzərə alınaraq Dövlət Xidməti tərəfindən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin satışı və saxlanılması üçün nəzərdə tutulan sahənin (anbarın, satış mərkəzinin) fitosanitar vəziyyəti barədə rəyin, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamənin verilməsi, ərazinin fitosanitar karantin vəziyyəti barədə rəy, karantin nəzarətində olan texniki yüklərin, taxta materiallarının, obyekt və boş anbarların zərərsizləşdirilməsi kimi xidmətlərin elektronlaşdırılması üçün aidiyyəti üzrə müraciət edilib.

- Xidmətin beynəlxalq əlaqələri necə qurulub?

- 2015-ci ildə Dövlət Xidmətinin beynəlxalq əlaqələri genişləndirilib. Bu il iyunun 17-18-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi “Mərkəzi Asiya ölkələrində fitosanitar nəzarətin gücləndirilməsi” regional layihəsi çərçivəsində, iyunun 21-25-də FAO tərəfindən “Mərkəzi Asiyada milli fitosanitar nəzarətinin potensialının möhkəmləndirilməsi” mövzusunda və iyulun 29-30-da FAO-nun Orta Asiya üzrə subregional ofisi tərəfindən “Orta Asiyada mili fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi” adlı TCP/SES/3403 layihəsi çərçivəsində “Fitosanitar müfəttişlər üçün sərhəd keçid məntəqələrində müfəttişlik prosedurları və müasir fitosanitar praktika” mövzusunda Bakı şəhərində keçirilən seminarlar bu işdə xüsusi rol oynayıb.

Beynəlxalq əlaqələrdən söz düşmüşkən, onu da diqqətə çatdırım ki, cari ildə Azərbaycan ilə Rusiya, Rumıniya, Pakistan və Çin arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş layihələri yenidən işlənərək aidiyyəti üzrə təqdim olunub. Sözügedən ölkələrin müvafiq qurumlarında saziş layihələrinin baxılması və müzakirəsi davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik