Dövlət katibi: Rumıniya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətlidir VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Bakı Enerji Forumu bir uğur hekayəsidir. Hər il Rumıniya bu beynəlxalq tədbirə dəvət olunur və biz birlikdə enerji sektorunun dinamikliyini təhlil edirik.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Rumıniya Energetika Nazirliyinin dövlət katibi Pavel-Kasian Nitulesçu deyib.
O bildirib ki, Rumıniya ilə Azərbaycan arasında münasibətlər uzunmüddətlidir.
“Enerji sahəsi bizim siyasətin bir komponentidir. İnanıram ki, ölkələrimiz arasında regional əməkdaşlığın gücləndirilməsində böyük irəliləyiş əldə olunub. Adekvat infrastrukturun həyata keçirilməsi regionun təhlükəsizliyi üçün çox vacibdir. Bizim gələcək fəaliyyətimiz enerji sektoruna investisiyaların cəlb edilməsi və bu sahədə tənzimləyici çərçivənin qurulmasıdır. Biz potensialın həyata keçirilməsinə fokuslanmışıq və ölkəmizdə bunun üzərində daim çalışmışıq. Əlçatan və təmiz enerjinin təmin edilməsi vacibdir. Rumıniya, eyni zamanda Moldova və Ukrayna üçün də etibarlı bir partnyordur”, - deyə rumıniyalı dövlət katibi bildirib.