Dövlət Komitəsi müsabiqəyə sənəd qəbulu elan edir
Bakı, 21 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) müsabiqəyə sənəd qəbulu elan edir.
AZƏRTAC xəbər verir ki, müsabiqə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər üçün qaydalar:
- Namizədin işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə komitəyə müraciət edir;
- Namizəd pedaqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olmalıdır;
- Həyat və sağlamlıq əleyhinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlar, ailə münasibətləri və ya ictimai mənəviyyat əleyhinə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər müsabiqədə iştirak edə bilməzlər;
- İxtisas attestatının verilməsi üçün müraciət edən ekspert təşkilatı yuxarıda qeyd olunmuş tələblərə cavab verən ən azı 3 (üç) ekspert ştatına malik olmalıdır;
- Ekspert təşkilatı qaydaların 1 nömrəli əlavəsində (keçid 3.) göstərilən müraciət formasını doldurmaqla və aşağıda göstərilən sənədləri əlavə etməklə, elektron qaydada [email protected] elektron poçt ünvanına) və ya birbaşa müraciət etməlidir. Elektron qaydada müraciət edildikdə, müraciət forması ekspert təşkilatının rəhbərinin və ya nümayəndəsinin elektron imzası ilə təsdiqlənir.