Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevirdə vətəndaşları qəbul edib
Bakı, 14 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 14-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlaxdan olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Qəbulda iştirak edən vətəndaşlar əsasən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, ailələr boşandıqdan sonra uşaqlarla ünsiyyətin bərpası, alimentin alınması, ünvanlı sosial yardım, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.