Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət müşaviri Kamal Abdullayev: Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır

Dövlət müşaviri Kamal Abdullayev: Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Misirin məşhur “Əl-Əxbar” media holdinqinin geniş oxucu kütləsinə malik “Əxbar-əl ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifniyə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

-Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti haqqında məlumat verməyinizi xahiş edirəm.

-Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb. Prezidentin Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu, o deməkdir ki, Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələri multikulturalizm istiqamətində müəyyən fəaliyyət göstərir, fikirlərini söyləyir, Azərbaycan multikulturalizmini, yəni, Azərbaycan insanının canına, qanına xas olan dəyərləri dünyaya çatdırmaq istəyirlər.

İki il bundan əvvəl Prezidentin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının millətlərarası, dini və multikulturalizm məsələləri üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.

Həm dini və etnik məsələlər, həm multikulturalizm bir-biri ilə sıx əlaqəlidir. Azərbaycanda çoxsaylı etnik qruplar və xalqlar yaşayır, müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Əsrlər boyu bunlar bir-birinə xoş qardaşlıq münasibətləri sərgiləyiblər. İslam dini heç zaman başqa dinlərin nümayəndələrinə yuxarıdan aşağı baxmayıb. Biz müsəlman olmuşuq, amma Azərbaycanda yaşayan xristianlara, yəhudilərə səmavi dinlərin nümayəndəsi kimi həmişə müsbət münasibət bəsləmişik. Bütün bu insanlar arasında olan münasibət, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinə münasibət əsrlərdən bəri Azərbaycan yazıçılarının və şairlərinin əsərlərində öz təsvirini tapıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu yaxınlarda Azərbaycan və rus dillərində nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında X-XI əsrlərdən bəri Azərbaycan ədəbiyyatının böyük söz ustadları başqa dinlərin və digər millətlərin nümayəndələrinə öz gözəl hisslərini və arzularını bildirirlər. Bizim yazıçılarımızın, şairlərimizin əsərlərində İsa peyğəmbərə, Musa peyğəmbərə, Süleyman peyğəmbərə, Məryəm Anaya, eləcə də başqa dinin nümayəndələrinə son dərəcə yüksək tolerant münasibət bəslənilir. Onların həm adları, həm də gördükləri işlər təbliğ olunur. Bütün bu münasibət Azərbaycan cəmiyyətində bu günə qədər yaşayır. Bu, bir azərbaycanlı dünyagörüşünün, psixologiyasının və əxlaqının təzahürüdür. Nəhayət, Azərbaycanda əsrlərdir mövcud olan belə bir multikulturalizm dağ çayını ulu öndərimiz Heydər Əliyev siyasi bir məcraya saldı. Azərbaycan Konstitusiyasında, Ulu Öndərin verdiyi sərəncamlarda, fərmanlarda Azərbaycanda yaşayan müxtəlif xalqların dilinin, mədəniyyətinin, tarixinin öyrənilməsinin və inkişaf etdirilməsinin siyasi cəhətdən təsbiti öz əksini tapdı. Ulu Öndər məşhur bir sitatında vurğulayır: “Azərbaycanda yaşayan xalqların gücü bütünlükdə Azərbaycanın gücüdür”. Ümummilli Lider prezidentliyi dövründə bu xalqların dillərinin, mədəniyyətlərinin inkişafı üçün çox işlər həyata keçirib. Bu siyasi xətti öz fəaliyyətində əsas götürən Prezident İlham Əliyev o ənənələri davam etdirməyi qarşısına məqsəd qoyub. Dövlətimizin başçısı Azərbaycan multikulturalizminin gözəl ənənələrini dünyaya təqdim etmənin yollarını göstərir, eyni zamanda, dünyadakı multikultural proseslərdən Azərbaycanda istifadə olunmasının şərtlərini önə sürür.

Bu gün Azərbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal tolerant münasibətlə yanaşı yaşamaqdadırlar. Azərbaycanda multikultural mühit hətta elə bir inkişaf səviyyəsinə çatıb ki, buradakı məzhəblərin nümayəndələri də bir -biri ilə son dərəcə isti və mehriban münasibətdədirlər. Məsələn, dünyanın ən böyük və ən gözəl məscidlərindən biri olan Heydər məscidində bu gün Azərbaycan sünniləri və Azərbaycan şiələri bir cərgədə namaz qılırlar. Müxtəlif dinlərə məxsus insanların bir-birinə belə mehriban münasibətini görəndə bəzən Avropadan gələn xaricilər təəccüblənirlər. Onlar bizə tez-tez sual verirlər: “Necə olur sizdə belə bir əhvali-ruhiyyə mövcuddur, hadisələr bu cür inkişaf edir, bu durum yaranır?” Biz də öz növbəmizdə təəccüblənirik: “Başqa cür necə ola bilər ki?”

Biz əsrlər boyu həmin o xristianlarla, yəhudilərlə bir yerdə yaşayıb bir yerdə formalaşmışıq. Mənəviyyatımız, mədəniyyətimiz bir regionun daxilində, bir vətənin içindədir: əsrlər ərzində biz azərbaycanlılaşmışıq.

Bu gün Azərbaycanı gəzsəniz, adı “Ərəb” olan bir neçə kənd görərsiniz. Onlar bəlkə də nə vaxtsa ərəb olublar. Amma bu gün onlar azərbaycanlıdırlar. Eyni şəkildə bu gün Azərbaycanda yaşayan ruslar da, gürcülər də, ləzgilər də, talışlar da, yəhudilər də və başqa xalqların nümayəndələri də bu gün azərbaycanlıdırlar. Biz dünyaya bu gün bu multikulturalizm modelini, bu Azərbaycanı təqdim etməyə çalışırıq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılandan bəri çox böyük layihə həyata keçirir. Bu layihəyə əsasən, hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris edilir. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış ola bilirlər. Bu, o deməkdir ki, onlar burada Azərbaycan tarixini, ədəbiyyatını, psixologiyasını, mədəniyyətini, mənəviyyatını və ictimai-siyasi durumunu öyrənirlər və bu fənni öyrənə-öyrənə onların Azərbaycana olan məhəbbəti artır. Azərbaycanın multikultural dəyərlərini dərindən mənimsəyən və sevən Almaniya, Portuqaliya, İsveçrə, Litva, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Yunanıstan, İndoneziya, Bolqarıstan, Çexiya və Polşa universitetlərindən olan gənclər keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini yaradıblar.

Biz Misir səfirliyinin mədəniyyət attaşesi ilə danışıqlar zamanı qərara gəlmişik ki, yaxın gələcəkdə Misir Ərəb Respublikasında da Azərbaycan multikulturalizmi fənni tədris edilməyə başlansın. Bu addımın hər iki ölkə üçün faydalı olacağını düşünürəm. Yəni, biz Azərbaycanı həmin ölkədə təbliğ etməklə yanaşı, eyni zamanda, həmin ölkəni də Azərbaycanda təbliğ etmiş oluruq.

-Sizin fikirlərinizə istinad olaraq bilmək istərdim, cəmiyyətin, xalqın multikultural olması üçün hansı şərtlər vacibdir?

-Bu gün müxtəlif təhlükəsizlik doktrinaları mövcuddur: Qida təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, hərbi təhlükəsizlik. Düşünürəm ki, bunlarla yanaşı, multikultural təhlükəsizlik anlayışı da var. Bugünkü dünyada bütün ölkələrin öz multikultural təhlükəsizliyini təmin etməsi gərəkdir. Bu, o deməkdir ki, ölkə daxilində müxtəlif konfessiyaların, müxtəlif dinlərin məzhəblərinin, fərqli millətlərin nümayəndələrinin qardaş kimi mehriban yaşaması təmin olunmalıdır. Buna nail olmaq üçün ölkə rəhbərinin siyasi iradəsi lazımdır. Azərbaycanda bu, belə həll olunur. Azərbaycanın rəhbəri Prezident İlham Əliyev müxtəlif konfessiyalara və müxtəlif xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir. Bu, özünü onlara olan mənəvi və maddi münasibətdə özünü göstərir. Prezident dini və etnik icmaların heç birini o birindən üstün və ya aşağı tutmur, buradan isə onların bir-biri ilə mehribanlığı ortaya çıxır.

Faktiki olaraq bu gün Avropada multikulturalizm siyasəti ilə bağlı iki qütb formalaşıb. İki qütbün birində Qərbi Avropanın aparıcı ölkələri - Fransa, Almaniya, İngiltərə qərar tutub. Onlar multikulturalizmin öz ölkələrində iflas etməsini önə çəkirlər. Onların fikrincə, multikulturalizm bu ölkələrdə heç cür inkişaf edə bilməz, çünki o ölkələrə gələn miqrantlar, o ölkələrin dinini, mədəniyyətini qəbul edib assimilyasiya ola bilmirlər. “Bədbin qütb” adlandırdığımız bu qütbün siyasi ifadəsini İngiltərənin keçmiş Baş naziri Devid Kemeron ifadə edib. O, 2011-ci ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışını hətta “Mənim multikulturalizmə qarşı müharibəm” adlandırmışdı.

Digər qütbü “nikbin qütb” adlandırmaq olar. Mən bu qütbdə Azərbaycanı və Azərbaycan Prezidentinin multikulturalizmin bu gününə və gələcəyinə nikbin münasibətini görürəm. Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır. Azərbaycan cəmiyyətində nə üçün multikultural bir əhvalın hökm sürməsinin bir başqa cavabı da var. Multikulturalizm əslində müxtəlifliklərin birliyi deməkdir. Azərbaycan kimi ölkələrdə multikulturalizm müxtəlifliklərin birliyi kimi ilkin mahiyyət daşıyır, yəni, burada ilkin müxtəliflik özünü göstərir. Ən qədim zamanlarda müxtəlif xalqlar, fərqli din daşıyıcıları bir-birinin yanında yaşayıb formalaşıblar. Nə anlaşılmazlıqlar olubsa tarixin uzaq dövrlərində qalıb. Bu gün bu müxtəlifliklər Azərbaycan adlı birliyin içindədir. Onlar bir-birilərinin mədəniyyətinə, bir-birilərinin fərqlənən xüsusiyyətlərinə hörmət və ehtiramla yanaşa bilirlər. Avropa ölkələrində isə belə deyil. Orada multikulturalizmin iflasa uğramasının obyektiv səbəbləri də var. Bu, ondan ibarətdir ki, orada həmin müxtəliflik sonrakı müxtəliflikdir. Avropa ölkələrinə gələn başqa dinin, başqa millətin nümayəndələri artıq özünü təsbit etmiş, özünəinamlı mədəniyyətləri gətirirdilər və yerli mədəniyyətlə gəlmə mədəniyyət arasında qarşıdurma, ziddiyyət baş verirdi. Görünür, belə ölkələrdə siyasi müdaxilə daha kəskin və daha məqsədəuyğun qurulmalıdır.

Müxtəlifliyin ilkin olduğu ölkələrdə multikulturalizmin təntənəsini görə bilirik. Bunun baş verməsi üçün sadəcə siyasi iradə və siyasi dəstək lazımdır. Bu siyasi dəstək də xalqın, cəmiyyətin daxili ruhuna uyğun olanda multikultural əhval hökm sürür.

-Prezident İlham Əliyev 2016-ci ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu il çərçivəsində Azərbaycanda və Azərbaycandan kənarda hansı layihələr həyata keçirilir?

-Bununla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan universitetlərin, müxtəlif nazirliklərin və təşkilatların həyata keçirdiyi tədbirlər planı var. Həmin qurumların hər birinin irəli sürdüyü təkliflər bütövlükdə Prezident tərəfindən təsdiqlənmiş ümumi bir Tədbirlər Planına çevrildi. Bu Tədbirlər Planına əsasən adıçəkilən qurumlarda müxtəlif konfranslar keçirildi. Eyni zamanda, müxtəlif universitetlərdə, elmi, dini məclislərdə Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı tədbirlər oldu. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Almaniyada, İngiltərədə, İspaniyada, İsveçdə və başqa ölkələrdə həmin ölkələrin din xadimləri ilə görüşlər təşkil etdilər, çox böyük və faydalı müzakirələr keçirildi, islamla xristianlıq, islamla yəhudilik arasında olan məsələlər müzakirə olundu, ölkələrarası münasibətlər nəzərdən keçirildi, Azərbaycan multikulturalizminin bu elçilərini xarici ölkələrdə in ən yüksək səviyyədə qəbul etdilər.

O elçilərin sırasında Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin adını çəkə bilərəm. Şeyxülislamla birgə Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian icmasının sədri Robert Mobili və başqa konfessiya nümayəndələri bir yerdə bir çox xarici ölkələrdə Azərbaycan həqiqətlərini dilə gətirdilər.

Əslində, biz Azərbaycan multikulturalizmi çərçivəsində öz həqiqətlərimizi bir daha dünyaya çatdırmaq imkanı əldə etmişik. Siz bilirsiniz ki, bizim Dağlıq Qarabağ problemi kimi böyük bir problemimiz var. Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən sovet imperiyası zamanı işğal olunub. Bütün dünyanın sülhsevər ölkələri Ermənistanı bu işğala son qoymağa çağırır, amma Ermənistan rəhbərliyi hətta öz xalqının belə düşməninə çevrilərək bu işğalçı siyasətini davam etdirir. Sizə bir fakt deyim: Bakının mərkəzində gözəl bir bina var - erməni kilsəsi, bu gün kitabxana kimi fəaliyyət göstərir. Amma Dağlıq Qarabağda bu gün Azərbaycan müsəlman məscidləri, mədəni, mənəvi abidələr hamısı darmadağın edilib.

Xaricdə həyata keçirdiyimiz layihələrə gəlincə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya, Bolqarıstan və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir. Bununla biz öz işimizi bitmiş saymırıq. Başqa layihələr də var və bu çərçivədə xarici ölkələrdə və Azərbaycanda ən uzaq kəndlərdə belə müxtəlif konfranslar, “dəyirmi masa”lar keçirilir və keçiriləcək. Əslində multikulturalizmi təbliğ etməklə xalq və cəmiyyət bir daha öz keçmişinə dönür və öz gələcəyini daha aydın şəkildə görür. Görülən işlər çoxdur. Mən ancaq kiçik bir hissəsini diqqətinizə çatdırdım.

-Bildiyimə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Kitabi-Dədə Qorqud”dan “Basatın Təpəgözü öldürdüyü” boyu 25 dildə nəşr etdirib. Bunu da Azərbaycan multikulturalizminin bir hissəsi hesab edə bilərikmi?

- “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri, mifologiyası üzərində yaranmış xalq dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycanın ən qədim dövründən təxminən X əsrə qədərki tarixini özündə əks etdirən mənəvi bir xəzinədir. Ona görə də “Kitabi-Dədə Qorqud” dastanından bir boyun 25 dildə çap olunmasının öz mənası var. Azərbaycan Prezidenti bir il bundan əvvəl “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı. Düz 200 il bundan əvvəl 1815-ci ildə Alman alimi Fridrix Henrix Fon Dits “Kitabi-Dədə Qorqud” dastanlarının əlyazmasını nəşr edib və “Basatın Təpəgözü öldürdüyü” boyu alman dilinə tərcümə edib. Onun vasitəsilə dünya “Kitabi -Dədə Qorqud”la tanış oldu. Multikulturalizm Mərkəzi tərəfindən həmin boy və alman alimin yazdığı müqəddimə Azərbaycan, ingilis, alman, rus, türk, macar, italyan, fransız, yunan, Çin, krayna, fars, hind, gürcü, erməni, yapon, ivrit, talış, ləzgi, kürd, udin, tat, avar, xınalıq, o cümlədən gözəl və möhtəşəm ərəb dilinə tərcümə edilərək ayrıca kitabçalar şəklində nəfis tərtibatla çap edildi. Bu layihənin icrası ilə Azərbaycanın multikultural dəyərləri bir daha dünyaya təqdim edildi.

-Son sualımın istiqaməti bir az başqadır. Necə oldu ki, siz “Yarımçıq əlyazma”da bütün dünyanın diqqətini çəkəcək şəkildə tarixi və ədəbiyyatı möhtəşəm bir şəkildə əlaqələndirdiniz?

- Onu Allah bilir, Allah güc verdi bacardım. İndi hərdən romanı vərəqləyəndə öz-özümə deyirəm: “Mən bunu necə oldu yazdım?” Bilmirəm. Ona görə də Allah bilməyənləri bilənlərin qəzəbindən qorusun. Amma orası da var ki, “Yarımçıq əlyazma” mənim həm elmi, həm də bədii araşdırmalarımın fokusuna çevrildi. Azərbaycan mənəviyyatının iki aparıcı təmayülünün birləşdiyi bədii məkan oldu. Daha dərindən Qorqudçuluq mədəniyyəti və onun üstünə gələn Səfəvilik mədəniyyəti bu romanda bir-birinin yanındadır. Hər birinin dünya mədəni xəzinəsinə töhfələri şübhəsizdir. Başqa mədəniyyətlərin də bu müstəvidə öz görüntüsü var. Bəzən bu görüntü gizlinə, əndəruna çəkilir. Məncə, siz dediyiniz kimi, romana qarşı maraq və diqqət bolluğu məhz başqa məkanlarda yaşayanların həm uzaq Oğuz elinə, həm də öz-özlərinə daha dərindən baxmaq, bələd olmaq ehtirasından yarandı.

-Bildiyimə görə, Azərbaycanda çox az sayda akademik dərəcəsinə nail olmuş şəxsiyyət var. Siz də bunlardan birisiniz. Bu dərəcəyə nail olmaq çox çətin oldumu?

-Universitetin filologiya fakültəsini bitirmişəm, sonra magistr, elmlər namizədi, aspirantura, elmlər doktoru…

Dilçi türkoloq kimi namizədlik dissertasiyam “Kitabi-Dədə Qorqud”un dilindən idi. Doktorluq dissertasiyam Azərbaycan dilinin sintaksisi ilə bağlı olub. Bu da mənə imkan verib ki, öz dilimin sintaksisini və üslubi xüsusiyyətlərini cilalaya bilim. Ondan əvvəl və sonra bədii əsərlərim işıq üzü görüb. “Gizli Dədə Qorqud” adlı monoqrafiyam çap olunub. İndi də “Kitabi-Dədə Qorqud”un poetikası üzərində işləyirəm. Yəni, Dədə Qorqud sanki işıq saçan bir nur dağıdır. Bütün gördüyüm işlər bir-biri ilə əlaqəlidir. Bütün bunlardan sonra təbii ki, yazdıqlarıma qiymət verən insanlara minnətdar olmalıyam. Mənə qiymət verən insanlar Azərbaycanın dəyərli alimləri, dəyərli şəxsiyyətləri və dəyərli vətəndaşlarıdır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik