Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib

Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib

Bakı, 7 mart, Nihad Budaqov, AZƏRTAC

Neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək missiyasını uğurla yerinə yetirən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan məqsədlərə nail olmaq üçün mühüm işlər görüb. Fond Azərbaycan üçün prioritet sayılan strateji vacib, irimiqyaslı yerli və beynəlxalq əhəmiyyətə malik sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində uğurla iştirak edib, institusional cəhətdən yüksək inkişaf göstərib, beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib. ARDNF-in əldə etdiyi uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətlidir və bu bir daha Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi iqtisadi, siyasi və sosial reformaların təcəssümünü əks etdirir.

BMT Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib

Fəaliyyətinin əsas istiqaməti şəffaflıq və hesabatlılıq prinsipləri əsasında formalaşan ARDNF qlobal suveren fondlar arasında bu sahədə ən yaxşı örnəklərdən biri hesab edilir. Məhz qüsursuz və şəffaf fəaliyyəti ilə əlaqədar Neft Fondu dünyanın bir sıra mötəbər təşkilatları tərəfindən çox yüksək dəyərləndirilib.

Təsadüfi deyil ki, hələ 2007-ci ildə Dövlət Neft Fondunun məhz institusional quruculuq və dövlət idarəçiliyi sahəsində uğurlu və şəffaf fəaliyyəti BMT tərəfindən çox yüksək dəyərləndirilib və bu sahədə ən yüksək mükafat hesab olunan “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin dövlətlərin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub.

ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən birinci dövlət qurumudur.

ARDNF suveren fondların kəskin zərərlə qarşılaşdığı bir vaxtda öz aktivlərini artıra bilib

Şəffaflıq göstəricilərinə görə dünyanın ən qabaqcıl suveren fondlarından biri olaraq ARDNF 2014-cü ildə neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra dünya iqtisadiyyatında meydana çıxan qeyri-müəyyənliklər fonunda, əsasən də iqtisadiyyatı neftdən asılı olan ölkələrdə yaranmış böhranlı vəziyyətlə əlaqədar bir çox suveren fondların kəskin zərərlə qarşılaşdığı bir zamanda öz vəsaitlərini nəinki qoruyub saxlayıb, hətta aktivlərinin artırılmasına belə nail olub.

Belə ki, fəaliyyətə başlayarkən 271 milyon ABŞ dolları həcmində aktivləri olan fondun vəsaitləri 2019-cu ildə ilk dəfə olaraq 40 milyard dolları keçib.

Dövlət Neft Fondunun əsas vəzifələrindən biri toplanan vəsaitləri mümkün risklər nəzərə alınmaqla səmərəli yerləşdirmək və onun gələcək nəsillər üçün davamlı gəlir mənbəyinə çevrilməsini təmin etməkdir. Bu istiqamətdə fondun fəaliyyətinin əsasını uzunmüddətli dövr üçün nəzərdə tutulmuş şaxələndirilmiş qlobal investisiya portfelinin qurulması təşkil edir. Hazırda ARDNF-in şaxələndirilmiş investisiya portfelinə daxil olan aktivlər 50-dən çox ölkədə ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalarda ifadə olunan istiqrazlar, səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivlərində saxlanılır. Neft Fondu hazırda təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır.

Dövlət Neft Fondu suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində ilk beşlikdədir

Dünyanın 5 il ardıcıl olaraq ən yaxşı İqtisadi Tədqiqatlar mərkəzi və ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanmış Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu (PIIE) tərəfindən 2019-cu il üzrə İnstitusional struktur, İdarəçilik, Şəffaflıq və Hesabatlılıq, Risklərin idarə edilməsi kimi 4 kateqoriya və 33 alt-kateqoriyaya əsaslanaraq tərtib edilmiş suveren fondların şəffaflıq və hesabatlılıq cədvəlində Dövlət Neft Fondu 64 fond arasında ilk beşlikdə qərarlaşıb.

Bununla yanaşı, qeyd edək ki, Suveren Fondlar İnstitutunun əməkdaşları Karl Linaburq və Maykl Maduel tərəfindən tərtib edilən “Linaburq-Maduel indeksi”ndə 48 suveren fond arasında Dövlət Neft Fondu ən yüksək balı toplayan və birinci yerdə qərarlaşan 12 fonddan biridir. ARDNF, eyni zamanda, 2018-ci ildə Suveren Fondlar İnstitutu tərəfindən tərtib edilmiş dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısında ilk onluqda yer alıb.

Qeyd edək ki, PIIE 1981-ci ildə təsis edilib, ilkin olaraq özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşıb. İnstitut yaradılarkən Beynəlxalq İqtisadiyyat İnstitutu adlanırdı. 2006-cı ildən etibarən isə təsisçisi, “Blackstone Group”un həmtəsisçisi, ABŞ-ın keçmiş ticarət naziri və ABŞ Prezidentinin beynəlxalq iqtisadi siyasət məsələləri üzrə köməkçisi Piter Petersonun şərəfinə Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu adlandırılmağa başlayıb.

Qurum tərəfindən beynəlxalq ticarət və investisiyalar, beynəlxalq maliyyə, valyuta ticarəti, makroiqtisadi siyasət, qlobal böhranlar və eləcə də aparıcı iqtisadi regionlar barədə dünyanın müxtəlif ölkələrindən olan 70-dək iqtisadi araşdırmaçı tərəfindən müxtəlif istiqamətli tədqiqatlar, hesabatlar hazırlanır və layihələr həyata keçirilir. ABŞ-ın ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqan tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanıb, eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri”nin reytinqində 9-cu mövqedə qərarlaşıb.

PIIE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi statusunu daşıyıb və sözügedən institut 2020-ci ildə isə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusunu qazanıb. İqtisadi təhlilləri ilə fərqlənən Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu Pensilvaniya Universitetinin İndex hesabatında yazılı və elektronik mediadan ən yaxşı istifadə edən qurum olaraq seçilib.

Neft Fondu “Santyaqo Prinsipləri”nin tətbiqində fəal iştirak edir

ARDNF-in qeyd edilən beynəlxalq reytinqlərdə yüksək pillələrdə qərarlaşması təsadüfi deyil. Belə ki, əsrin əvvəllərindən başlayaraq neftin satışından gələn daxilolmaların tənzimlənməsinə dair uğurlu strategiyanın formalaşdırılması və bu istiqamətdə şəffaf idarəetmə modelinin qurulması mühüm əhəmiyyət kəsb edib.

Bu çərçivədə ARDNF öz məqsəd və vəzifələrindən irəli gələrək beynəlxalq müstəvidə istər özünün, istərsə də ölkənin nüfuzunun artırılması yönündə daima aktiv fəaliyyət göstərib. Suveren fondları birləşdirən vahid beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumun (IFSWF) formalaşması və bu kontekstdə suveren fondlar üçün vahid fəaliyyət standartları kimi qəbul edilən “Santyaqo Prinsipləri”nin tətbiqində ARDNF fəal iştirak edib.

Qeyd edək ki, Suveren Fondların Beynəlxalq İşçi Qrupu tərəfindən hazırlanmış və 24 prinsipdən ibarət “Santyaqo Prinsipləri”nin əsas məqsədi Suveren Fondlar üçün uyğun idarəetmə və hesabatlılığın təşkil edilməsi, eləcə də həmin fondlar tərəfindən həyata keçirilən investisiyaların məqsədyönlü və düzgün əsaslara söykənməsini əks etdirən ümumi qəbul olunmuş prinsip və normaları təyin etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?