Dövlət Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb
Bakı, 23 iyul, AZƏRTAC
Cari ilin 6 ayında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyard 79,9 milyon dollar və ya 9,1 faiz artaraq 72 milyard 595,1 milyon dollar təşkil edib.
AZƏRTAC ARDNF-nin 2026-cı ilin yanvar-iyun ayları üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, fondun portfelinin xarici valyutalar üzrə bölgüsündə investisiyaların 69,7 faizi (50 milyard 566,1 milyon) ABŞ dollarındadır. Bu da əvvəlki ilə nisbətən 3,2 faiz çoxdur.
Hesabata əsasən, Fondun investisiya portfelində avronun payı 3,2 faiz azalaraq 17,7 faizə (11 milyard 279,8 milyon) düşüb.
Portfeldə ingilis funt sterlinqinin payı 0,2 faiz azalaraq 4,9 faiz (2 milyard 690 milyon), Çin yuanının payı 0,1 faiz azalaraq 2,3 faiz (11 milyard 570,7 milyon), yapon yeninin payı 0,1 faiz azalaraq 1,5 faiz (174 milyon 308,7 min), digər xarici valyutaların payı isə 0,2 faiz artaraq 3,9 faiz (2 milyard 844,9 milyon dollar) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]