Dövlət Neft Şirkətinin müəssisə və təşkilatlarında ekoloji problemlərin həlli yolları araşdırılır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində bu ilin on ayı ərzində şirkətin İstehsalat birlikləri, emal zavodları, neft kəmərləri idarəsi, qaz ixracı idarəsi və Kompleks qazma işləri tresti üzrə aparılmış nəzarət monitorinqinin nəticələri müzakirə edilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə ekologiya idarəsinin rəisi Azər Əliyev sanitar-gigiyenik, ətraf mühitin mühafizəsi sahəsində nəzarətin gücləndirilməsi, əldə olunmuş məlumatların təhlili, mübadiləsi ilə bağlı qarşıda duran məsələlərdən danışıb. Ötən dövrdə aparılmış monitorinqlərin nəticələri barədə məruzələr dinlənilib, mövcud ekoloji və sanitar vəziyyət, xarakterik problemlər və onların həlli yolları, gələcək fəaliyyət istiqamətləri barədə müvafiq təkliflər səsləndirilib.
Monitorinqin nəticələrinin müəssisələrlə birlikdə müzakirəsi və əldə olunmuş müsbət təcrübənin yayılması məqsədəuyğun sayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]