Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT QULLUĞUNU İDARƏETMƏ ŞURASI YANINDAKORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYANINNÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Dekabrın 27-də Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın növbəti iclası keçirilmişdir. İclasda səhiyyə və təhsil sahəsində korrupsiyaya qarşı mübarizə üzrə görülən işlər, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı görülmüş tədbirlər müzakirə edilmiş, Komissiyanın fəaliyyətinin təşkilinə dair bəzi məsələlərə baxılmışdır.

Komissiya üzvləri görülən işlərə ümumi qiymət verərək bildirmişlər ki, son illər ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə dövlət quruculuğu sahəsində əhəmiyyətli tədbirlər görülmüş və korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli addımlar atılmışdır.

Səhiyyə sahəsində görülən tədbirlər barədə məruzə ilə səhiyyə naziri Oqtay Şirəliyev çıxış etmişdir. Nazir səhiyyə sistemindəki problemlərdən, xüsusilə kadr təminatı, tibbi təhsil, tibbi xidmətin keyfiyyəti, dərmanların idxalı və təchizatı ilə bağlı məsələlər haqqında geniş məlumat vermişdir. Ötən müddət ərzində səhiyyə sistemində olan vəzifədən sui-istifadə və dövlət əmlakının mənimsənilməsi, tibb müəssisələrinin fəaliyyətində və əczaçılıq sahəsində olan dözülməz nöqsanlar, lisenziyaların verilməsi zamanı korrupsiya halları ilə bağlı məsələlər müzakirə edilmişdir. Korrupsiya halları ilə bağlı hazırda Səhiyyə Nazirliyi sistemində müvafiq araşdırmaların aparıldığı bildirilmişdir. Səhiyyə naziri son aylar ərzində nazirlikdə əsaslı kadr islahatlarının, struktur dəyişikliklərinin, təşkilati və praktiki tədbirlərin həyata keçirildiyi, yeni xəstəxanaların tikilməyə başlandığı, xəstəxanaların təmir olunduğu və müasir avadanlıqla təmin edildiyi, həkimlərin işə qəbulunun şəffaf əsaslarla həyata keçirildiyi barədə məlumat vermişdir. Həmçinin bildirilmişdir ki, dövlət tibb müəssisələrinin dərman preparatları və tibbi təyinatlı məmulatlarla təmin edilməsi işində ciddi dönüş yaranmış, tibb müəssisələrində pulsuz xidmətin təşkili üçün əsaslı tədbirlər görülmüş, üç xəstəxanada tibbi xidmət tamamilə pulsuz edilmişdir. Komissiya ötən müddət ərzində səhiyyə sistemində korrupsiyanın sistemli xarakter aldığını və mütəşəkkil formada həyata keçirildiyini qeyd etmiş və bu sahədə son aylar görülən tədbirlərin əhəmiyyətini nəzərə alaraq və bu tədbirləri dəstəkləyərək qərara almışdır ki, səhiyyə sistemində başlanmış islahatlar daha intensiv davam etdirilməli, icbari tibbi sığorta haqqında qanunvericilik həyata keçirilməli, həkimlərin statusu qanunvericiliklə müəyyən edilməlidir. Həmçinin dövlət tibb müəssisələrində xidmətin şəffaflığı artırılmalı, maliyyə-təsərrüfat intizamına ciddi riayət olunmalı, lisenziya və icazə verilməsi işi təkmilləşdirilməli, səhiyyə sistemində başlanılmış cinayət işləri üzrə korrupsiya halları tam və hərtərəfli araşdırılmalıdır.

Təhsil sahəsində görülən tədbirlər haqqında təhsil naziri Misir Mərdanov çıxış etmişdir. Nazir təhsil sistemində islahatlardan və həyata keçirilən proqramlardan danışmış və bildirmişdir ki, son il ərzində dövlət tərəfindən təhsil müəssisələrinin idarə edilməsi, onlara maliyyə müstəqilliyinin verilməsi, müasir dərslik siyasəti, müəllim hazırlığı, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə üçün vacib tədbirlər görülmüşdür. Son ildə Azərbaycanda 177 məktəb tikilmiş və bunlardan 132-si Heydər Əliyev Fondunun vəsaiti ilə inşa olunmuşdur. Təhsil sistemində islahatların reallaşması üçün vacib rol oynayan “Təhsil haqqında” yeni qanunun tezliklə qəbul edilməsinin əhəmiyyəti göstərilmişdir. Təhsil işçilərinin hazırlanması, məktəblərin maddi-texniki təminatı, müəllimlərin təyin edilməsi prosesində şəffaflığın olmaması, ali məktəblərin imtahan sessiyalarında rüşvət halları və təhsil işçilərinin maaşları ilə bağlı məsələlər Komissiya üzvləri tərəfindən müzakirə edilmişdir. İclasda təhsil orqanlarında korrupsiya halları ilə bağlı Komissiyaya şikayətlərin daxil olduğu qeyd edilmiş, həmçinin təhsil sahəsində mövcud olan problemlərin həlli üçün təcili tədbirlər görülməsinin zəruri olduğu qeyd edilmişdir. Bildirilmişdir ki, məktəblərdə müəllimlərin məsuliyyəti artırılmalı, şagirdlərin təlim-tərbiyəsi işlərində ciddi dönüş yaradılmalı, bütün sahələrdə şəffaflıq təmin edilməli, valideynlərin və ictimaiyyətin nəzarəti real xarakter daşımalıdır.

Xüsusi qeyd olunmuşdur ki, təhsil sistemində olan nöqsanların səbəblərindən biri də yerli icra hakimiyyəti orqanlarının son vaxtlara qədər məktəbli gənclərin təlim-tərbiyəsi, məktəblərin təmiri, maddi-texniki bazasının möhkəmlənməsi ilə ciddi məşğul olmamasından irəli gəlir. Öz borcunu vicdanla yerinə yetirən müəllimlərin problemləri, məktəb üçün kadrların hazırlanması, onların ehtiyaclarının təminatı və digər məsələlərin həlli bu orqanların diqqətindən kənarda qalmışdır.

Komissiya təhsil sahəsində yeni qanunvericiliyin zəruri olduğunu vurğulayaraq qərara almışdır ki, təhsil sahəsində düşünülmüş ciddi islahatlar həyata keçirilməli, təhsilin keyfiyyəti artırılmalı, yeni metod və texnologiyalardan istifadə olunmalı, korrupsiyaya qarşı mübarizədə qətiyyətli tədbirlər görülməli və konkret nəticələr barədə Komissiyaya məlumatlar təqdim edilməlidir.

Sonra Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar son altı ay ərzində görülən işlər barədə Komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən məlumatlarla bağlı müzakirələr keçirilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar Komissiyanın üzvü Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat vermişdir. Bildirilmişdir ki, ötən müddət ərzində Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrası ilə əlaqədar və ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı tədbirlər görülmüşdür. Korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni qanunlar qəbul edilmiş, dövlət idarəetmə orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, dövlət qulluqçularının maaşları artırılmış, dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyəti yenidən qurulmuş, bir çox dövlət qurumlarında daimi fəaliyyət göstərən qaynar xətlər yaradılmışdır. Həmçinin son altı ay ərzində məhkəmə islahatları davam etdirilmiş və yeni hakim seçkiləri keçirilmiş, hüquqi şəxslərin qeydiyyatı xeyli asanlaşdırılmış, əqdlərin bağlanması üzərində notariat nəzarəti təkmilləşdirilmişdir. Buna baxmayaraq, bəzi sahələrdə, xüsusilə dövlət qulluğuna qəbul, şəxslərin informasiya əldə etmək hüququ, vətəndaşların müraciətlərinə baxılması ilə bağlı və bir sıra yerli icra hakimiyyəti orqanları tərəfindən Dövlət Proqramının icrası ilə əlaqədar problemlər olduğu göstərilmişdir. Komissiya qərara almışdır ki, Dövlət Proqramına uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər davam etdirilməli, həmçinin Komissiyanın təqdim etdiyi məlumatlarda göstərilən nöqsanların aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarından görülmüş tədbirlər barədə hesabat tələb olunmalıdır.

Sonda Komissiya tərkibində yaradılmış qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi qrupun fəaliyyəti ilə əlaqədar İşçi qrupun rəhbəri Səyyad Kərimov məlumat vermişdir. Azərbaycan Hökumətinin, habelə ATƏT, ABA/CEELİ, Avropa Şurası, Transparency İnternational kimi beynəlxalq təşkilatların nümayəndələrindən təşkil edilmiş İşçi qrupda hazırlanmış qanun layihələrinin Komissiyanın müzakirəsinə təqdim edilməsi qərara alınmışdır. İclasda həmçinin Komissiyanın Katibliyinin fəaliyyətinin təşkili və maliyyələşdirilməsi məsələləri müzakirə edilmişdir. İclasın sonunda Komissiya müzakirə edilən məsələlər üzrə qərar qəbul etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir