“DÖVLƏT QULLUQÇULARININ ETİK DAVRANIŞ KODEKSİ HAQQINDA” QANUN LAYİHƏSİ YENİDƏN İKİNCİ OXUNUŞA QAYTARILACAQDIR
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov parlamentin martın 6-da keçirilmiş iclasında bildirmişdir. Komissiya sədrinin dediyinə görə, “Dövlət qulluqçularının etik davranış kodeksi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunduqdan sonra dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Qanun layihəsinə bu Komissiya ilə birlikdə yenidən baxılmış və bir sıra əsaslı dəyişikliklər edilmişdir. Bəzi maddələr layihədən çıxarılmış və yeniləri əlavə olunmuşdur. Ona görə də qanun layihəsinin yenidən ikinci oxunuşa qaytarılması və təkrar işlənməsi zərurəti yaranmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [18:00]
ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO
- 12.05.2026 [15:53]
Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]