DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN ƏMƏKDAŞLARI AXTARIŞDA OLAN 51 NƏFƏRİ SAXLAMIŞLAR
Dövlət Sərhəd xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, həmin müddətdə axtarışda olan 51 nəfər şəxs saxlanılmış, 8 ədəd əldə düzəldilmiş qumbara götürülmüşdür.
Ay ərzində dövlət sərhədinin mühafizəsi zamanı 8 nəfər Qırğızıstan, 3 nəfər Türkiyə, 2 nəfər Azərbaycan, 2 nəfər İran, 1 nəfər İtaliya vətəndaşı saxta sənədlə, 5 nəfər Azərbaycan, 2 nəfər Türkiyə, 1 nəfər Qırğızıstan vətəndaşı başqasına məxsus sənədlə, müxtəlif ölkələrin 22 nəfər vətəndaşı isə müvafiq sənədləri olmadığına görə saxlanılmışlar. 8 nəfər Türkiyə, 5 nəfər Pakistan, 4 nəfər Filippin, 3 nəfər İran, 3 nəfər Əlcəzair vətəndaşı, Bəhreyn, Hindistan, Livan, Sudan, Keniya, Suriya, Tunis və Tailandın hərəsindən 1 nəfər vizası olmadığına görə, 3 nəfər Azərbaycan və 1 nəfər Özbəkistan vətəndaşı isə şübhəli şəxs qismində saxlanılaraq, barələrində müvafiq tədbirlər görülmüşdür.
Bununla yanaşı, 19 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə 7 nəfər Gürcüstan, 5 nəfər Azərbaycan və 2 nəfər İran vətəndaşı sərhəd pozucusu kimi tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 32 nəfər Azərbaycan vətəndaşı saxlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]