“DÖVLƏT SİRRİ HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞDA QƏBUL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, layihənin müzakirəsinə başlamazdan əvvəl Milli Məclisin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “bələdiyyə seçkiləri” keçirilməsinə etiraz olaraq dünya ölkələrinin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına ünvanladığı müraciəti oxunmuşdur (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunmuşdur).
Sonra Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov gündəlikdəki birinci məsələ - “Dövlət sirri haqqında” qanun layihəsi barədə məlumat vermişdir. O demişdir ki, layihənin parlamentdə birinci oxunuş müzakirəsi zamanı sənəd konseptual baxımdan bəyənilmişdir. Buna baxmayaraq, bir sıra irad və təkliflər də səslənmişdir ki, işçi qrupu onların əksəriyyətini nəzərə almışdır.
Deputatlar Milli Təhlükəsizlik Nazirliyinin məsul işçilərinin rəy və təkliflərini dinlədikdən sonra layihə fəsil-fəsil səsə qoyularaq qəbul olunmuşdur.
Sonra gündəlikdəki digər məsələ - “Yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərovun təqdimatından sonra sənəd ikinci oxunuşda qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]