DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏLİ HƏMKARLARI İLƏ MÜZAKİRƏLƏR APARACAQDIR
Səfər çərçivəsində ölkələrimizin dövlət peyk geodeziya şəbəkələrinin
modernləşdirilməsi, qravimetriya sahəsinin genişləndirilməsi, müasir peyk geodeziya texnologiyası əsasında müxtəlif miqyaslı dövlət əhəmiyyətli topoqrafik xəritələrin və ortofotoplanların hazırlanması, coğrafi-informasiya sistemlərinin yaradılması, Azərbaycan və Türkiyə arasında dövlət plan və yüksəklik şəbəkələrinin birləşdirilməsi və digər məsələlərlə bağlı görüləcək işlər müzakirə ediləcək, əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçiriləcək, torpaq ehtiyatlarından istifadə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı təcrübə mübadiləsi aparılacaqdır.
Səfər iyunun 23-də başa çatacaqdır.