Dövlət Vergi Xidməti ECO-nun Qadınlar Forumunda təmsil olunub
Bakı, 4 iyul, AZƏRTAC
Laçın şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, forum qadınların iqtisadi və sosial imkanlarının artırılması, dayanıqlı və inklüziv inkişafda rolunun gücləndirilməsi məqsədilə təşkil olunub.
Tədbirdə Dövlət Vergi Xidmətini (DVX) İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova təmsil edib. Forum çərçivəsində qadınların təhsilə çıxışı, rəqəmsal bacarıqlarının artırılması və regional iqtisadi layihələrdə iştirakının dəstəklənməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, DVX insan resurslarının inkişafına, qadın əməkdaşların potensialının artırılmasına xüsusi önəm verir və bu sahədə beynəlxalq təcrübənin tətbiqini dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:58]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]