Dövriyyədə olan ödəniş kartlarının sayı artıb
Bakı, 25 fevral, AZƏRTAC
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nisbətən 231 min ədəd artaraq, 13 milyon 488 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,7 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18,3 faiz, kredit kartları üzrə 28,8 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 157 min, kredit kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]