Döyüş meydanında qalmış hərbi qulluqçuların meyitlərinin saat 15.00-dan etibarən götürülməsinə başlanılacaq
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki tərəfdən döyüş meydanında qalmış hərbi qulluqçuların meyitlərinin ATƏT nümayəndəliyinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Bakı vaxtı ilə saat 15.00-dan 20.00-dək götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]