Dubayda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Ərəb Əmirliklərindəki səfirliyi Dubayda yerləşən “Raffles” mehmanxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Dubayda yaşayan həmvətənlərimiz, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbirdə çıxış edən səfir Elxan Qəhrəmanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də baş vermiş hadisə barədə danışmışdır. Səfir ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətləri, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək küçələrə və meydanlara çıxaraq buna etiraz bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun misli görünməmiş faciə törətdiyini bildirmişdir.
E.Qəhrəmanov xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını tədbir iştirakçılarının diqqətinə çatdırmış, faciəyə ilk dəfə məhz ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymətin verildiyini qeyd etmişdir.
Tədbirin sonunda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]