Dünya Axıska Türkləri Birliyi SOCAR-a təşəkkür məktubu ünvanlayıb
Bakı, 18 iyun, AZƏRTAC
Dünya Axıska Türkləri Birliyinin (DATÜB) baş direktoru Ziyatdin Kassanov SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə təşəkkür məktubu göndərib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2010-cu ildə yaradılan DATÜB Axıska Türklərinin dövlətlərarası qeyri-hökumət təşkilatıdır. Qurum yarandığı gündən Vətənlərindən uzaqda, dünyanın 9 müxtəlif ölkəsində yaşayan axıskalı türk tələbələrinin təhsil almaları üçün təqaüdlərin verilməsinə köməklik göstərir. Birlik Axıska sürgününün 75-ci ildönümü ərəfəsində Azərbaycandan gəlib Gürcüstandakı müxtəlif universitetlərdə təhsil alan, Axıska türkü olan tələbələrə təqaüdlərin verilməsinə görə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə təşəkkür edib.
Qeyd edək ki, “SOCAR Georgia” şirkəti 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarını ödəyir. 2019-cu ildə bu tələbələrin sayı 1980-ə çatıb. 2013-2017-ci illər ərzində şirkət tərəfindən Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə də təqaüd verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]