“Dünya” məktəblərində şəhid, qazi övladlarının ödənişsiz təhsil alması üçün kvota ayrılıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Xəzər Universitetinin Sumqayıt “Dünya” məktəbində yeni tədris ili münasibətilə tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“Dünya” məktəblərinin və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış edərək, məktəbliləri və qonaqları salamlayıb, birincilərə uğurlar arzulayıb. O, həmçinin Azərbaycan üzrə fəaliyyət göstərən “Dünya” məktəbləri tərəfindən şəhid və qazi övladlarının ödənişsiz təhsili üçün xüsusi kvota ayrılması və onların bütün xərclərinin qarşılanması barədə məlumat verib.
Tədbirin yekununda birincilər ilk zəngin sədaları altında məktəbə daxil olublar.
Qeyd edək ki, 1998-ci ildə Xəzər Universitetinin nəzdində Bakıda yaradılmış “Dünya” məktəbi hazırda Sumqayıt və Gəncədə də fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:12]
Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub
- 13.10.2026 [14:03]
Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb
- 13.10.2026 [13:40]