Dünya Qadın Seriyası: Azərbaycan millisi və “Neftçi”nin oyunlarının təqvimi açıqlanıb
Bakı, 30 avqust, AZƏRTAC
Fransanın Pon-dü-Qar şəhərində 16 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının 21-ci mərhələsi baş tutacaq.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qadınlardan ibarət millimiz əsas qrupa vəsiqə qazanmaq üçün təsnifatda Monqolustan və Malayziya yığmaları ilə mübarizə aparacaq. Komandamızın ilk oyunu avqustun 31-də Malayziya seçməsinə qarşı olacaq.
Təmsilçimiz “Neftçi” isə B qrupunda Niderland və Misir milliləri ilə üz-üzə gələcək. Bakı klubu ilk qrup oyununu yığmamızla eyni gündə Misirə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]