Dünya şöhrətli onkoloqların Bakıda toplaşması Azərbaycanın yüksək inkişafının göstəricisidir VİDEO
Bakı, 14 mart, AZƏRTAC
Onkologiya üzrə dünyanın tanınmış mütəxəssislərinin iştirakı ilə geniş tərkibli beynəlxalq elmi konfrans Bakıda ilk dəfə keçirilir. Bu, ölkəmizin bütün sahələrdə yüksək inkişafının göstəricisidir.
Azərbaycan artıq elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzi bizimlə əməkdaşlıq etmək istəyir. Bu fakt, təkcə Milli Onkologiya Mərkəzinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur.
Bu fikirləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Onun sözlərinə görə, dünyanın tanınmış onkoloqları azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparacaqlar və ən əsası əməliyyatlar keçirəcəklər. Şübhə yoxdur ki, bütün bunlar istər həkimlərimiz, istərsə də xəstələrimiz üçün faydalı olacaq.