Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada elektromobillərin alışı artır, Azərbaycanda vəziyyət necədir?

Bakı, 8 dekabr, AZƏRTAC

Dünyada yüksəkgəlirli istehlakçıların artması, texnoloji yeniliklərə tələbatın yüksəlməsi lüks avtomobil bazarının dinamik inkişafını təmin edən əsas amillərdəndir. Ötən il dünyada lüks avtomobil bazarının həcmi 1,29 trilyon dollar dəyərində qiymətləndirilmişdi. Bazarın 2025-ci ildəki 1,43 trilyon dollardan 2032-ci ilə qədər 2,79 trilyon dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Proqnoz dövründə illik orta artım tempi (CAGR) 10 faiz təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, Asiya-Sakit Okean regionu 2024-cü ildə qlobal bazara 62,02 faiz payla liderlik edib.

Lüks avtomobil bazarındakı bu artım tendensiyası istehsalçıları daha innovativ həllərə yönəldir. Xüsusilə premium sinifdə elektromobillərə tələbatın kəskin artması müşahidə olunur. Artıq bir çox aparıcı marka yüksək performanslı, qabaqcıl təhlükəsizlik texnologiyaları ilə təchiz edilmiş elektromobillərə sərmayəni artırır.

Yanvar-oktyabr aylarında Avropa İttifaqında yeni qeydiyyata alınan avtomobillərin 16,4 faizini elektrik mühərrikli avtomobillər təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən (13,2 faiz) 3,2 faiz çoxdur.

Aİ-də elektromobil qeydiyyatında müşahidə olunan kəskin artımlardan fərqli olaraq, Azərbaycanda göstəricilər azalma istiqamətindədir. Belə ki, Azərbaycanda cari ilin yanvar-oktyabr ayları ərzində dəyəri 52 milyon 82 min dollar olan 1732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33,2 faiz azalma deməkdir.

Hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov mövzu ilə əlaqədar AZƏRTAC-a bildirib ki, elektromobillərin sayı əvvəlki illərdə daha sürətlə artmağa başlamışdı, ancaq 2024-2025-ci illərdə artım tempi xeyli aşağı düşüb. Onun sözlərinə görə, bunun səbəblərindən biri də məhz elektromobillərlə bağlı avtomobil həvəskarlarında olan suallar olub.

“Məlumat üçün bildirim ki, elektromobillərin sayı bugünkü gün o qədər də çox deyil – ölkədə təxminən 3-5 min tam elektrik mühərrikli avtomobil var. Sadə hibridlər isə daha çoxdur və onların da batareyaları var. Belə avtomobillərin avtomobil parkımızda olması müsbət haldır. Çünki dünyanın hər yerində bu avtomobillər ekoloji təmiz avtomobil hesab edilir və atmosferi, küçələri, şəhərləri çirkləndirmir, həmçinin ən son texnologiya ilə təşkil olunduqları üçün, köməkçi funksiyaları çox olması səbəbindən daha təhlükəsizdirlər və daha rahat idarə olunurlar. Ümumilikdə, təhlükəsizlik sistemləri daha yüksəkdir, yəni yol-nəqliyyat hadisəsi baş verdikdə içəridə olan sürücü və sərnişini qorumaq baxımından daha etibarlı avtomobil hesab olunurlar. Hətta onların ildırım vurma ehtimalları da digər avtomobillərlə müqayisədə daha azdır.

Elektromobillərdə sürücü üçün köməkçi funksiyalar daha çoxdur. Əgər sürücü bu funksiyalardan düzgün istifadə etsə və diqqətli olarsa əlavə təhlükəsizlik sığortası almış ola bilər. Çünki bu avtomobillərin bəzilərində hətta kifayət qədər uzaq məsafədən, məsələn 50 metrdən təhlükəli zonada olan piyada barədə sürücüyə xəbərdarlıq edən sistemlər var. Ona görə də, son texnologiyalar və ekoloji təmizlik bu avtomobillərin daha etibarlı və arzulanan olmasını deməyə əsas verir”,- deyə o bildirib.

Ekspert qeyd edib ki, elektromobillərin servisi ilə bağlı məsələlər hələ yeni başlayıb: “Əvvəlcədən onu qeyd edim ki, servis, texniki qulluq sahəsi əslində bir biznesdir və sahibkarlıq işidir. Zərurət yarandıqca heç bir problem olmadan onların servisi də çoxalacaq, həm cari, həm də əsaslı təmiri üzrə ixtisaslaşmalar başlayacaq və yaxud da həmin istiqamətlər üzrə öz bölmələrini yaradacaqlar, yeni ustalar və əməkdaşlar cəlb ediləcək. Tələbat olarsa, bu tələbatı qarşılayacaq işlər görüləcək. Əslində dünyanın bütün ölkələrində “elektromobilləşmə” prosesi belə olub. Əvvəlcə avtomobillər gəlib, daha sonra bu avtomobillərə qulluqla bağlı ustaların sayı artmağa başlayıb. Bizim ölkəmizdə də belə olacaq, indiki hal üçün qeyri-adi bir məsələ yoxdur. Lazım gələrsə hər hansı bir usta xarici ölkəyə gedərək elektromobillərə texniki qulluğun incəliklərini öyrənib ölkəyə qayıdaraq fəaliyyət göstərə bilər. Bu, tamamilə tələbatdan asılıdır və bu sahədə də ustaların sayı artmaqdadır. Əslində bu prosesin ləng getməsinə səbəb olan problemlərdən biri elektromobillərin şarj avadanlıqlarıdır ki, bu da ölkənin hər yerində yoxdur. Buna görə də, gündəlik olaraq uzaq məsafəyə səfər edən avtomobil həvəskarları yolda qala biləcəklərini düşünürlər. Bu şəbəkəni genişləndirmək lazımdır ki, elektromobillərə maraq daha yüksək olsun”.

Batareyanın alışıb yanma məsələsində aydınlıq gətirən Ə.Hüseynov bildirib ki, burada iki incəlik var.

“Birincisi avtomobil həvəskarları elektromobil əldə etdikdə onun istehsalçısının avtomobil sənayesindəki yerini, nüfuzunu, səriştəsini və dünya ictimaiyyətindəki rəylərini nəzərə almalıdırlar və etibarlı istehsalçıların məhsullarını seçməlidirlər. Çünki avtomobili istehsal edənlər, həm də zəmanət verirlər. Elektromobillər öz-özünə alışıb yana bilməz, bu sistem də təkmilləşdirilib. Dünyada elektromobillərin batareyasının izolyasiyası, müxtəlif təsirlərdən və təhlükələrdən qorunması, sığortalanması sistemi də təkmilləşdirilib.

Məsələn, bizim ölkəmizdə elektromobilin batareyasının yanması ilə bağlı ola bilsin ki, 1-2 fakt var. O da ya yol-nəqliyyat hadisələri ilə və yaxud naşı müdaxilə ilə bağlıdır. Yolda getdiyi zaman yanma faktı baş verməyib. Yol-nəqliyyat hadisələri zamanı problem olma riski var, ancaq dediyim kimi qorunma sistemləri var ki, qəzaya məruz qaldıqda batareyaları qoruyan ayrıca sistemlər var. Həmin sistemlər tətbiq edildikdə etibarlılıq artır”,- deyə o bildirib.

Ekspert diqqətə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata əsasən, Azərbaycanda il ərzində orta hesabla günə təxminən 1 avtomobil yanır: “Bunların arasında elektromobil yanğını 1 və yaxud 2 dəfə olub ki, bu da naşı müdaxiləsi və ya yol-nəqliyyat hadisələri səbəbindən baş verib. Sistemin də təkmilləşdirilməsi davam edir. Hətta qəza baş verdikdə bəzi elektromobillərdə batareya avtomobildən kənarlaşır ki, avtomobil mexaniki zərbələrə məruz qalıb deformasiyalara uğramasın. Ancaq batareya yandığı zaman onun söndürülmə məsələsi kifayət qədər ciddi məsələdir. Bununla bağlı FHN-in Dövlət Yanğın Mühafizə Xidməti ilə də müzakirələr aparmışıq. Hər halda bu yanğının söndürülməsi asan məsələ deyil, ancaq kimyəvi maddələr var ki, onların köməyi ilə müdaxilələr etmək olur. Bu məsələ də zamanla təkmilləşəcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir