“Dünyada ən çox istifadə olunan ticarət qaydaları” adlı vebinar keçirilib
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) beynəlxalq təşkilatlarla birgə bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri də “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun təşəbbüsü ilə təşkil olunan “Dünyada ən çox istifadə olunan ticarət qaydaları” adlı vebinardır. Vebinar Beynəlxalq Ticarət Palatası (ICC) və Dubai Ticarət və Sənaye Palatası (DCCI) tərəfindən keçirilib.
Vebinarda ABA-ya üzv bankların nümayəndələrinə əvvəlki “Incoterms 2010” və yeni “Incoterms 2020” qaydaları arasında müəyyən fərqliliklər və xüsusiyyətlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Incoterms” beynəlxalq ticarətin ən önəmli anlayışlarından biridir və ticarəti asanlaşdırmaq üçün on illərdir istifadə olunur. Qaydaların ilk versiyası 1936-cı ildə dərc olunub və onun son versiyası ötən il yanvarın 1-də qüvvəyə minib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]