Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada ikili standartların mövcudluğu Ermənistanı getdikcə azğınlaşdırır

Dünyada ikili standartların mövcudluğu Ermənistanı getdikcə azğınlaşdırır

Bakı, 18 iyun, AZƏRTAC

Bir neçə gün əvvəl Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti zərbə oldu. Avropa Parlamentinin Ermənistanın işğalçı siyasətinə açıq şəkildə etirazını bildirməsi və bu barədə bəyanat qəbul etməsi işğalçı ölkə üçün sanki “sürpriz” oldu. Axı Ermənistan Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin əlində bir vasitədir. Bundan başqa, dünyada ikili standartların mövcudluğu da Ermənistanı getdikcə azğınlaşdırır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Aqiyə Naxçıvanlı söyləyib.

Deputat bildirib ki, işğalçı ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə biganəlik, dünya birliyinin bu ədalətsizliyə göz yumması Ermənistanı daha da qudurdub. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə PƏK həmsədrinin, həmçinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin imzaladıqları birgə bəyanat bir daha ölkəmizin ərazi bütövlüyünün bu qurum tərəfindən tanındığını təsdiqlədi. Görünür, beynəlxalq təşkilatlar da artıq Ermənistanın işğalçı siyasətindən cana doyublar. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra Ermənistan beynəlxalq aləmdəki dayaqlarını bir-bir itirir. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Nikol Paşinyanın faşist ideologiyasına hüsn-rəğbəti onun genindən gəlib. Xatırladım ki, bir qədər əvvəl Paşinyanın özü bu sirrin üstünü açdı. Əslində, o, öz nəsil -nəcabətinin, guya, vətənpərvər, İkinci Dünya müharibəsinin iştirakçısı olduğunu bildirmək istəyirdi. Lakin hadisələrin gedişi heç kimə bəlli olmayan bir həqiqətin üstünü açdı. Məlum oldu ki, baş nazirin babası nasist Nidje Qareginin əsgəri olub.

“Ölkəyə rəhbərlik etdiyi gündən populist çıxışları ilə tanınan N.Paşinyan Ermənistanın inkişafı, işsizlik probleminin aradan qaldırılması, əsgər ölümünün qarşısının alınması, ölkədə demokratik prinsiplərin inkişafı və münaqişənin nizamlanması istiqamətində heç nə edə bilmədi. Paşinyan ölkə rəhbərliyinə gəldikdən sonra, əksinə, danışıqlar prosesinə zərbə vurdu. Onun işğal altında olan Azərbaycan ərazilərinə tez-tez yersiz səfərlər etməsi, Dağlıq Qarabağda keçirilən beynəlxalq hüquq normalarına zidd olan saxta “seçkiləri” dəstəkləməsi, əslində, əhalinin diqqətini ölkə daxilindəki narazılıqlardan yayındırmaq idi. Yeri gəlmişkən, bu vaxta qədər Dağlıq Qarabağda keçirilən bütün “seçkilər” heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. İşğal altındakı ərazilərdə keçirilən qeyri-qanuni tədbirlərdə Paşinyanın populist çıxışları da qeyri-ciddi qarşılanıb. Çünki onun çıxışları hökumət başçısından çox, küçə uşaqlarının dediklərinə uyğun gəlirdi. Yerli ziyalılar və ictimai-siyasi xadimlər də bu reallığı etiraf edirlər. Onlar da indiyədək Ermənistana belə qeyri-ciddi, siyasi təfəkkürü olmayan, savadsız birinin rəhbərlik etmədiyini bildirirlər. Əslində, küçə və meydanlardan hakimiyyətə gəlmiş birindən bundan artıq nə gözləmək olardı?

Ermənistanın ictimai-siyasi xadimləri də etiraf edirlər ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməklə, onları bir-bir sıradan çıxararaq zərərsizləşdirdi. O, öz siyasi rəqiblərini bir-bir həbsə atdırır, onlara hədə-qorxu gəlir və sanki meydanlarda “demokratiya” deyib haray-həşir salan Paşinyan deyildi. Onun göstərişi ilə indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Paşinyanın bu “demokratik islahatlarna” Qərbin seyrçi mövqeyi faşist ideologiyasına meyilli baş nazirin əl-qolunu daha da açır, getdikcə onu daha da azğınlaşdırır. Fürsətdən istifadə edən baş nazir gələcəkdə özünə rəqib olacaq istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etdirir, özünü xalqın təəssübkeşi kimi göstərərək, rəqiblərini sıradan çıxarır. Artıq yerli əhali onu diktator kimi qəbul edir. Son vaxtlar baş verən hadisələr də təsdiqləyir ki, hazırda Ermənistanda totalitar inqilabi diktatura qurulub”, - deyə Aqiyə Naxçıvanlı vurğulayıb.

Qeyd edib ki, ölkədə həyata keçirilən siyasi repressiyalar növbəsi parlamentə çatıb. Məlum olduğu kimi, 2020-ci il iyunun 16- da “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, ölkənin imkanlı şəxslərindən hesab edilən Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Demək, baş nazirin növbəti qurbanı deputat Q.Sarukyandır. O, ifadə vermək üçün artıq ölkənin təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edilib. Hadisələrin gedişi də təsdiqləyir ki, deputatın həbs ediləcəyi istisna olunmur. Bəs buna səbəb nədir? Yerli ictimai-siyasi xadimlərin dediyinə görə, Q.Sarukyan dəfələrlə ölkənin siyasi və iqtisadi böhran içərisində çapaladığını bəyan edib. N.Paşinyan hakimiyyətini kəskin tənqid edən, onun dövlət idarəçiliyində piyada, siyasətdənkənar adam olduğunu deyən Qaqik Sarukyana qarşı başlanan siyasi təqiblərin sonu həbslə nəticələndi.

O deyib “Bu gün Ermənistanda sərbəst toplaşmaq azadlığına qadağa qoyulması, öz fikrini sərbəst ifadə edənlərə divan tutulması, onların həbs edilməsi beynəlxalq qurumların gözləri qarşısında baş versə də, yenə də ikili standartlar Ermənistanı, necə deyərlər, “sudan quru çıxarır”. Deputat Q.Sarukyanın Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərən tərəfdarlarına qarşı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təzyiq edilməsi, yüzlərlə aksiya iştirakçısının saxlanılması, hətta baş verənləri işıqlandıran jurnalistlərə qarşı güc tətbiqi “Nikol Paşinyan demokratiyasının” göstəricisidir. Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də “azadlıq carçısı” , “insan hüquq və azadlıqlarının müdafiəçisi” olan bəzi beynəlxalq təşkilatlar, o cümlədən QHT-lər, bütövlükdə isə bir sıra Qərb təşkilatları biganəlik göstərir, antidemokratik hadisələrə laqeyd yanaşır, sanki heç nəyi görmür və heç nəyi eşitmirlər.

Halbuki, bəzi qərəzli təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri, az qala, “milçəkdən fil düzəltdikləri halda”, Ermənistanda baş verən qanunsuzluğa, diktatorluğa və özbaşınalığa bir dəfə də olsun münasibət bildirməmələri ikili standartların nəticəsidir. Vəziyyət isə getdikcə ağırlaşır, işğalçı ölkə siyasi təlatümlər məngənəsində çapalayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq