Dünyada metaloksla işləyən mühərrikli ilk raketin uğurlu buraxılışı olub VİDEO
Pekin, 12 iyul, AZƏRTAC
Çində dünyanın metaloks (metan və maye oksigen qarışığı) yanacağı ilə işləyən mühərrikli ilk raketi uğurla orbitə buraxılıb.
AZƏRTAC xəbər verir ki, “Cuque-2” (“Zhuque-2”) adlı raket Qobi səhrasındakı Ciuçüen kosmodromundan buraxılıb. “LandSpace” adlı özəl şirkətə məxsus raketin diametri 3,35 metr, hündürlüyü 49,5 metr, qalxma çəkisi 219 tondur.
Bu, “Cuque-2” raketinin ikinci test buraxılışdır. Ötən ilin dekabrında ilk cəhd uğursuz olmuşdu.
Qeyd edək ki, metaloks ucuz və ekoloji təmiz yanacaq hesab olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]