Dünyanın aparıcı dövlətləri Azərbaycan ilə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər
Bakı, 10 may, Flora Şükürova, AZƏRTAC
Suveren Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş Ulu öndər Heydər Əliyev iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynayıb.
Bu sözləri mayın 10-da Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri xiyabana gəlmiş Neftçala rayon sakini Rövşən Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək inkişaf dövrünü yaşayır.
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycan ilə daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərinin bəhrəsidir.