Düşənbədə 20 Yanvar faciəsi ilə əlaqədar anma mərasimi keçirilmişdir
Düşənbə, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə Tacikistanın Xarici İşlər Nazirliyinin, Düşənbədə akkreditə olmuş diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri, Tacikistanda yaşayan diasporumuzun fəal üzvləri, azərbaycanlı iş adamları, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov tədbir iştirakçılarına 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verərək bildirmişdir ki, Qanlı Yanvar Azərbaycan xalqının tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılmışdır. O gecə xalqımız sübut etdi ki, heç bir imperiya qoşunu xalqımızın mübariz ruhunu sındıra bilməz. Böyük itkilərə məruz qalsaq da, xalqımız mətinləşdi, birləşdi, 130-dan artıq şəhid, 700-dən çox yaralı verdi, amma sınmadı, təcavüzkarın gözünə dik baxdı.
Düşənbədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Tacikistanın Əməkdar Hüquqşünası Dilbər Rəsulova 1990-cı il 20 Yanvar faciəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı pisləmişdir.
Tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı səfirlik tərəfindən ingilis və rus dillərində nəşr edilmiş “Qara Yanvar - xalqın yaddaşından silmək olmaz” adlı kitabça paylanmışdır.
Sonra “Qanlı Yanvar” sənədli filmi nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]