Əbu-Dabi Limanlar Qrupu ilə biznes və investisiya imkanları müzakirə edilib
Bakı, 11 aprel, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun (AD Ports Group) baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə video formatda görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə qurum ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə fikirlərimizi bölüşdük”, - deyə M.Cabbarov qeyd edib.