Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib


Bakı, 18 aprel, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə enerji sektorunda Bankla əməkdaşlığın prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. AYİB ilə bərpaolunan enerji potensialının artırılması, şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyi, aşağı karbonlu iqtisadiyyat və “Qaradağ” Günəş Elektrik Stansiyasının maliyyələşməsi üzrə əməkdaşlığın yaşıl enerji keçidinə töhfə verdiyi qeyd olunub.
Enerji Effektivliyi Fonduna, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsinə AYİB-in dəstək imkanları, bərpaolunan enerji hərraclarının keçirilməsi layihəsinin, elektroenergetika sektorunda aşağı karbonlu həll yolları üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Günəş enerjisi üzrə ilk hərracın keçirilməsi ilə bağlı proseslərə tezliklə başlanacağı qeyd olunub. Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihələri, 1 qiqavat gücündə günəş-külək enerjisi stansiyalarının şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində müvafiq sahədə qanun layihəsinin hazırlanması ilə əlaqədar son vəziyyət də dəyərləndirilib. Həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət planlarına nəzər yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:13]
Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
- 17.04.2025 [18:54]
Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
- 17.04.2025 [18:14]
Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar
- 17.04.2025 [16:50]
® “ABB”nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başlandı!
- 17.04.2025 [16:46]