Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq.
AZƏRTAC xəbər verir ki, sənəddə elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və digər məsələlər əksini tapıb.
Müqaviləni ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıblar.