Ədliyyə naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 5 dekabr, AZƏRTAC
Ədliyyə naziri Fərid Əhmədov dekabrın 5-də Bərdə şəhərində vətəndaşları qəbul edib.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəbuldan əvvəl nazir Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayonlarından ümumilikdə 61 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.