Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edəcək
Bakı, 2 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov martın 5-də Şirvan regional ədliyyə idarəsində vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şirvan şəhəri, Hacıqabul və Saatlı rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), (055) 925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.