Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqə iştirakçıları üçün ikinci mərhələ başlayır
Bakı, 21 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyinin dekabrın 1-də keçirilən test imtahanında müvəffəqiyyət qazanan namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Müsabiqə Komissiyası bildirib ki, həmin şəxslərin sənədləri toplanılaraq yoxlanılıb. Martın 10-dan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilən tələblərə cavab verən namizədlərlə bu mərhələdə söhbət keçirilməsinə başlanılacaq.
Söhbət nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanan hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin qulluğa qəbul olunmaları məsələsinə baxılacaq.
Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]