Efiopiyada vəba epidemiyası nəticəsində ölənlərin sayı 300-ə çatıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Efiopiyada yayılan vəba epidemiyası indiyədək 300-ə yaxın insanın həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.
ÜST-nin Efiopiya ilə bağlı cümə günü açıqladığı son hesabata görə, 2022-ci il avqustun 27-dən bəri davam edən vəba epidemiyası ölkənin 10 bölgəsində 113 rayonu əhatə edib. Sənəddə deyilir ki, vəbadan ölənlərin sayı iyulun 12-də 172 nəfərdən oktyabrın 3-də 300 nəfərə yüksəlib, ölüm nisbəti 1,24 faiz təşkil edib. Hesabat dövründə vəba xəstələrinin sayı da 13118-dən 24197-yə yüksəlib.
Qeyd olunur ki, vəba ilə mübarizə sahəsində aparılan davamlı tədbirlər sayəsində ölkədə xəstəliyin yayılması nəzarət altına alınıb. Bununla belə, ÜST Efiopiyanın bəzi bölgələrində yoluxma hallarının yenidən artdığını görməkdən narahatdır.
Bu günə qədər ölkənin 54 rayonunda 6 milyondan çox sakin ən azı bir doza vəba peyvəndi alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]