DÜNYA
Əfqanıstanda neftçiləri daşıyan avtobus partladılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Əfqanıstanın şimalında neftçiləri daşıyan avtobus partladılıb.
AZƏRTAC Aamaj News informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistanla sərhəddə yerləşən Hayraton limanındakı neft bazasının azı 7 əməkdaş terror aktının qurbanı olub. Daha 6 nəfərin yaralandığı bildirilir.
Hadisə Bəlx əyalətinin inzibati mərkəzi Məzari-Şərif şəhərində baş verib. Avtobusa quraşdırılan əldəqayırma partlayıcı qurğu işə düşüb. İnsidentlə bağlı təhqiqat başlayıb.
Ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücumun məsuliyyətini üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]
Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub
- 06.05.2024 [12:41]
Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq
- 06.05.2024 [12:20]
Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir
- 06.05.2024 [12:18]