Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı həlak olub
Bakı, 17 iyun, AZƏRTAC
Əfqanıstanın şimalında yerləşən Cauzcan əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı 12 əməkdaşı həlak olub, beşi isə yaralanıb.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, “Taliban” silahlıları hökumət qüvvələrinin Akça dairəsində yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum edib. Əfqanıstan Müdafiə Nazirliyi hücum nəticəsində altı hərbçinin öldürüldüyünü və üçünün yaralandığını təsdiqləyib və qarşı tərəfin də itki verdiyini bildirib.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]