Əfqanıstanın Məzari-Şərif şəhərindəki rus diplomatlar Özbəkistana köçürülüb
Daşkənd, 14 iyul, AZƏRTAC
Əfqanıstanda “Taliban” hərəkatının hücumlarının Özbəkistanla sərhədə yaxınlaşması vəziyyəti daha da gərginləşdirib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Rusiyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki baş konsulluğunun əməkdaşları təhlükəsizliyin təmin olunması məqsədilə Özbəkistana köçürülüb. Diplomatlar son vaxtlar Xayraton şəhərində fəaliyyət göstəriblər.
Bu barədə məlumat verən Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yusuf Kabulcanov bildirib ki, son vaxtlar taliblərin hücumlarına davam gətirməyən təxminən 100 əfqan hərbçisi Özbəkistanda müvəqqəti sığınacaq tapıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]